BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
38470

Yeni ilə sayılı günlər qalıb. Bu il də dünyada və ölkəmizdə bir sıra hadisələr baş verib.

Azərbaycanda 2023-cü ildə bir neçə dövlət qurumu və vəzifələr tamamilə ləğv edilib, bəzi qurumlar isə birləşdirilib.

Bizim.Media məsələ ilə bağlı araşdırmasını təqdim edir: 

Prezidentin 27 oktyabr fərmanı ilə Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub. Ləğv haqqında qərara qədər nazirin birinci müavini və dörd müavini vəzifəsi mövcud idi.

Birinci müavin vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, yeni qərarla nazirin 3 müavini müəyyən edilib.

Daha bir birinci müavin vəzifəsinin ləğvi isə Fövqəladə Hallar Nazirliyində (FHN) qeydə alınıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətində rəisin birinci müavini vəzifəsi ləğv edilib.

2022-ci ildə rəhbər dəyişikliyilə yadda qalan Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında bir sıra vəzifələr, qurumun institutlarında baş direktor və icraçı direktor vəzifəsi ləğv edilib. AMEA-nın prezidenti İsa Həbibbəylinin sözlərinə görə, direktorların seçki müddəti başa çatdıqdan sonra yeni rəhbər baş direktor və icraçı direktor kimi deyil, direktor kimi seçiləcək.

Ölkə Prezidentinin digər fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. 

Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib. Bu, qurumun Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb. 

Bu il həm də Naxçıvan Muxtar Respublikasında daha çox dəyişiklik olub. Naxçıvanda Dövlət Baytarlıq Xidməti ləğv edilib. Həmin xidmət Naxçıvam Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib. 

Bundan əlavə üç qurum - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Elmin İnkişafı Fondu ləğv edilib.

Həmçinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra idarələri ləğv edilib.

Nazirliyin ləğv edilən qurumları sırasına Ekologiya və Təbii Sərvətlər Hidrometrologiya İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sədərək Rayon Su Monitorinq Laboratoriyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıq Mühafizə Stansiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat İdarəsi aiddir. 

Qurumlarla yanaşı bəzi bankların da fəaliyyəti sonlandırılıb. Bu il ölkədə Mərkəzi Bank tərəfindən iki bank bağlanıb. Lisenziyası ləğv edilən banklar arasında “Günay Bank” ASC və “Muğan Bank” ASC yer alıb. Hər iki bankın bağlanmasına səbəb müflis olmalarıdır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin