BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən 981 min 927 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz və ya 40 min ton azdır. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında 54 min 66.7 hektar sahədən bir milyon 21.9 min ton məhsul yığılıb. Statistika bizə onu deyir ki, kartof istehsalı azalıb. Ölkəmizə xarici ölkələrdən də kartof idxal edilir. İstehsal azalsa da, idxal vasitəsilə məhsul tələbatı kompensasiya edilmiş olur. Amma Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23 oktyabr tarixindən İranın bəzi şirkətlərinin ölkəmizə kartof idxal etməsinə də qadağa qoyulub. Belə qadağalar nə ilk, nə də son deyil. İstehsalın bu il az olması, idxala icazə verilməməsi qış mövsümündə kartofun kəskin bahalaşmasına səbəb olarmı? Bazarlarda kartof qıtlığı müşahidə oluna bilərmi?

İntensiv yağışlar məhsuldarlığa ciddi təsir edib

Kənd təsərrüfatı və aqrar məsələlər üzrə mütəxəssis Bəhruz Nəzərov “Kaspi” qəzetinə açıqlamasında dedi ki, əgər qıtlıq ehtimalı olarsa, müəyyən tədbirlər görüləcək: “Həm tərəvəz məhsulları, həm pambıq istehsalında azalma müşahidə edilir. Bunun əsas səbəblərindən biri son aylarda yağıntıların intensivləşməsidir. Hava şəraiti, iqlimin məhsuldarlığa böyük təsiri var. Amma bunun qıtlığa səbəb olacağına inanmıram. Bu hal yaşanarsa, dövlət tərəfindən xaricdən məhsul gətirməklə bağlı tədbirlər görüləcək və problem həll ediləcək”.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirdi ki, əslində hazırda kartof yığımı yekunlaşmalı idi. Lakin müəyyən səbəblərdən bəzi rayonlarımızda proses hələ də davam edir: “Kartof yığımının azalması müxtəlif səbəblərdən ola bilər. Amma bu, o dərəcədə ciddi rəqəm deyil. Xüsusilə, builki hava şəraitindən asılı olaraq məhsul yığımında bir qədər azalma müşahidə edilir. Əsasən dağlıq və dağətəyi bölgələrdə havalar yağmurlu keçdi. Bu da kartof yığımını gecikdirir. Gədəbəyin bəzi bölgələrində bu dəqiqə kartof yığımı davam edir. Hava şəraiti əlverişsiz olduğuna görə yığım prosesi gecikir, xəstəliklər artır. Bu da məhsuldarlığa mənfi təsir edir”.

“Bu il kartof qıtlığı gözlənilmir

E.Allahverdiyevin sözlərinə görə, kartof indi daha ucuzdur: “Bu il kartof qıtlığı gözlənilmir. Çünki ölkədə istehlak səbətimiz təxminən 950 min - bir milyon ton arasıdır. Bu göstərici istehsaldan azdır. İstehsalımız ərzaq səbətimizə tamamilə təmin edəcək qədərdir. Qış mövsümündə kartofun bahalaşacağı gözlənilmir. Bazarlarda bir ay əvvəl kartof daha baha idi, amma indi ucuzdur. Xüsusilə aran bölgəsindən, iri sahələrdən, fermerlər tərəfindən yığılan kartof hazırda soyuducu anbarlarda saxlanılır. Bir azdan həmin məhsul anbarlardan bazarlara satışa göndəriləcək. Bu səbəbdən, bu il ölkədə kartof qıtlığının olacağını düşünmürəm”.

İstehsalın azalması idxalı stimullaşdırır

İqtisadi məsələlər üzrə ekspert Pərviz Heydərov dedi ki, kartof istehsalının azalması idxaldan asılılığı daha da artıra bilər: “Yerli istehsalın azalması istənilən halda mənfi tendensiyadır. Çünki bu, istər-istəməz idxalı stimullaşdırır. İdxal məhsulları çoxluq təşkil edəndə bazarda qiymətlər həmin məhsulları idxal edən sahibkarların diktəsi ilə formalaşır. Son günlər periodik olaraq ölkəyə kartof və bir sıra kənd təsərrüfatı məhsullarının idxalı üzrə müəyyən məhdudiyyətlər də tətbiq olunur. Yaxud həmin məhsullar keyfiyyətsiz xarakter daşıdığından özümüz onlardan imtina edirik və qadağa qoyuruq. Əgər yerli istehsal da azalmış hesab olunursa, belə olan halda təbii ki, ölkədə kartof üzrə qiymətlərin bahalaşması ehtimalı böyükdür”.

İstehsalın azalma səbəbi dəqiqləşdirilməlidir

P.Heydərov bildirdi ki, istehsalın azalması məsələsi mütləq nəzarətə götürülməli və bununla əlaqədar tədbirlər görülməlidir: “Bilavasitə, kartofun istehsalının azalmasına təbii şərait, məhsuldarlıq, mövsümi amillər və istehsalla bağlı digər maya dəyəri ilə əlaqədar problemlər səbəb ola bilər. Amma hər bir halda bu məsələ nəzarətə götürülməlidir. İstənilən kənd təsərrüfatı məhsulu üzrə yerli istehsalın və tədarükün azalması amilləri dərhal analiz olunmalı, təhlil edilməli və müvafiq tədbirlər görülməlidir. Yerli istehlak bazarı onsuz da idxaldan asılıdır. Bu prosesə nəzarət olmasa, idxaldan daha çox asılı vəziyyətə düşə bilərik”.

© Kaspi qəzeti 

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər