BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
32196

Yəqin ki, "varlılar xəsis olur" deyimini hər kəs bilir. Həqiqətən də bir çox zəngin insanlar xəsisliyi, əlindəki pulu xərcləməyə qıymaması, heç kimə faydası olmaması, əli möhkəmliyi ilə yadda qalır. Belələri ancaq öz maraqları naminə pul xərcləyir desək, yanılmarıq. Yəni, yatırdığı pulun artıqlaması ilə geri qayıtmasına əmin olmadığı müddətdə heç bir işə əl qoymur. Təbii ki, bu kateqoriyaya əsasən bizneslə məşğul olan insanlar aiddir. Dünyada xəsisliyi ilə tanınan Hetti Qrin isə fərqli həyatı ilə, hətta "Ginnesin Rekordlar Kitabı"na da düşüb. O, dünyanın ən xəsis, pulgir, hətta övladının sağlamlığını belə pula qurban verib. 

Valyuta.az Qrinin maraqlı həyatını təqdim edir. 

Henrietta Hovlend Robinson 1834-cü il noyabrın 21-də Massaçusets ştatının Nyu-Bedford şəhərində anadan olub. Qrin balina ovu agentləri və neft istehsalçısı Edvard Mott Robinsonla Yeni İngiltərənin böyük tacir ailələrindən birinə başçılıq edən İsaak Hovlandın nəvəsi olan Abby Hovlandın qızı idi.  Aləsi Qrinə qənaətlə yaşamağı öyrətmişdi. Altı yaşında ikən o, görmə qabiliyyəti zəif olan atasından və babasından qəzetdəki maliyyə xəbərlərini oxumağı tələb edirdi. O, səkkiz yaşında müavinətdən yığdığı pulla ilk bank hesabını açır. Böyük sərvətinə, ölkənin ən yaxşı təhsil mərkəzlərində oxumaq imkanına baxmayaraq 10 yaşında ikən o, Massaçusets ştatının Sandviç şəhərindəki internat məktəbinə getməyə başlayır. Hətta balaca qız orada bişirilən yeməkləri görüb təəccüblənir. Çünki evlərində ucuz materiallardan bişirilən yeməkdən başqa heç nə görməmişdi. Qrin deyirdi ki, bu onun həyatının ən gözəl illəri olub. 15 yaşına çatanda “Friends Academy”də yay sessiyasına qoşulur, üç il sonra Bostonda məktəbi bitirir. O, atasının mühasibi kimi işə götürülür. 21 yaşında atasını itirən Qrinə 7,5 milyon dollar məbləğində miras qalır. Bu sərvəti artırmaq istəyi, belə demək mümkünsə, Qrin üçün bir növ xəstəliyə çevrilir. O, birja ticarəti ilə məşğul olmağa başlayır. Həmin vaxt ABŞ iqtisadiyyatı pis olsa da, o, “Wall Street”də ucuz səhmlər alaraq, baha satmaqla sərvətini çoxaldır.

Evlilik həyatı

Qazandığı sərvətdən başqa, Qrinin ən diqqətəlayiq nailiyyəti, qanunla qadının mülkünün əri tərəfindən idarə olunduğu bir vaxtda kişilərin üstünlük təşkil etdiyi cəmiyyətdə və mühitdə həyatını tam istədiyi kimi yaşamasıdır. O, hətta silah gəzdirməsi və təkbaşına uzun məsafə qət etməsi ilə də məşhur idi. Həmin dönəmdə isə bunların hamısı bir qadın üçün qalmaqallı davranış sayılırdı. Həmçinin nikah mülkiyyəti haqqında qanundan yayınmaq üçün nikahdan əvvəl razılaşmanın ilk nümunəsini yaradır. O, 1867-ci ildə Vermont ştatının varlı iş adamı Edvard Qrinlə evlənəndə, ər və arvadın maliyyəsinin tamamilə ayrı olacağına qanuni şəkildə baxırdı. Bu, çox güman ki, həyat yoldaşının ehtiyatsız investor olması ilə əlaqədar idi. Çünki o, çılğın fərziyyələr irəli sürməyi və israfçılıqla yaşamağı xoşlayırdı. Buna baxmayaraq, Qrin dəfələrlə həyat yoldaşını borcdan xilas etdi. 1885-ci ildə həyat yoldaşının onun pulunun 550.000 dollarını razılığı olmadan zərərini yaxşılaşdırmaq üçün istifadə etməyi planlaşdırdığını öyrəndi. Bu səbəbdən qanuni razılığı sayəsində Qrinin bankı pul köçürmədən imtina etdi. O, ərindən boşanmasa da, ayrıldılar. Xəyanətə baxmayaraq evlilikləri davam etdi. Bundan əlavə, Qrin həmişə borc vermək üçün böyük nağd pula sahib olduğu üçün, 1907-ci ildə yaranan böhrandan qaça bildi. Bankların imtina etdiyi bir çox böyük investorun ona borclu olduğu zaman, Nyu-York şəhərini, belə demək mümkünsə, fəlakətdən qurtarmışdı. O, ərindən ayrıldıqdan sonra “Chemical Bank”da ofis açdı və biznesini “Wall Street”də qurdu. Davamlı bir çox insanlar müntəzəm olaraq ondan investisiya məsləhətləri alırdı. Bu sahədə də məşhurlaşmağa başlayan Qrinə mətbuat tərəfindən “Vall Strit Kraliçası” ləqəbi verilmişdi.

Ucuz evlərdə yaşayan, köhnə geyimlər geyinən xəsis

Qrin o qədər qənaətcilliklə yaşayırdı ki, müasirləri tərəfindən ekssentrik və ya daha az xeyirxah biri kimi görünürdü. “Ginnesin Rekordlar Kitabı” tərəfindən “Dünyanın ən böyük xəsis"i adlandırıldı. Həmişə ucuz evlərdə yaşamağa üstünlük verirdi. Oğlu və qızı böyüdükdən sonra iqamətgah olaraq Nyu Cersi ştatının Hoboken şəhərində kiçik bir mənzil seçdi. O, köhnəlmiş paltarlardan istifadə edirdi. 1902-ci ildə ərinin ölümündən sonra isə müntəzəm olaraq qara yas paltarı geyinirdi. O, bəzən xeyriyyə klinikalarına müalicə üçün müraciət edirdi. Qrinin xəsisliyi hətta oğlunun sağlamlığının itirlməsinə də gətirib çıxardı. Belə ki, xizək sürmə qəzasından sonra ayağı sınan oğlunun müalicəsindən imtina edir. Nəticədə bu qərar onun ayağının amputasiyasına səbəb olur. Oğlu anasının ölümündən sonra “New York Times”a müsahibəsində fərqli fikirlər səsləndirir. O, yeddi yaşında baş verən bədbəxt hadisənin anası tərəfindən ciddi hesab olunmadığını, bu səbəbdən də həkimə müraciət etmədiklərini, nəticədə illər sonra amputasiyaya ehtiyac yarandığını bildirib. O, anasının heç də bu hadisədən pərişan olmadığını da etiraf edir. Qrin həm də cəmiyyət arasında bahalı geyimdə olmaqdan qaçırdı, bu da onu səliqəsiz göstərirdi. Bir dəfə, 20 yaşında ikən atası evlənməsinə kömək etmək üçün ona dəbdəbəli paltarla dolu şkaf alır. Ancaq Qrin, dərhal paltarları sataraq həmin pulları dövlət istiqrazlarına xərcləyir.

"Dəyərli investisiyaların nənəsi"

Qrin intizamlı və mühafizəkar üsullarla sərvət toplamışdı. 1905-ci ildə “New York Times”a açıqlamasında maraqlı ifadələr də işlətmişdi: “Mən əşyaların qiyməti aşağı olanda və heç kim istəmədikdə onları alıram. Qiymətlər yüksələnə və insanlar almaq üçün narahat olana qədər saxlayıram”. Bununla belə, o, “Al və saxla” fəlsəfəsinə əməl etməyib: “Heç vaxt nəyisə saxlamaq üçün almıram. Məndə olan hər şeyin bir qiyməti var. Qiymət təklifi olanda satıram”. Bu açıqlamaları onun "dəyərli investisiyaların nənəsi" adlandırılmasına da səbəb olmuşdu. Oğlu Qrinin investisiya fəlsəfəsini belə izah etmişdi: "Anam heç vaxt spekulyasiya ilə pul qazanmayıb. Qrin ailəsi spekulyasiya etmir. O, təkadamlıq bank adlandıra biləcəyiniz şəxsdir. Nyu Yorkda valyuta qıt olanda onun, həmişə yaxşı girovla borc verə biləcəyi çox pulu var idi. ABŞ-də kommersiya kağızları üzrə ondan yaxşı hakim yoxdur". Onun xeyriyyəçiliyi, qənaətcilliyinə görə, açıq deyildi. Bununla belə, oğlunun dediyinə görə, 30 kilsəyə aşağı qiymətlərlə kreditlər verib, gizli şəkildə müxtəlif xeyriyyə təşkilatlarına dəstək göstərib, eyni zamanda ən azı 30 ailəni müntəzəm gəlirlə təmin edib.

Heç vaxt həbs edilməyən silahlı qadın

Qrin heç vaxt cinayətə görə həbs edilməyib. Baxmayaraq ki, oğlunun ayağının amputasiyasında birbaşa günahkar kimi məhkəmədə ittiham edilirdi. Bununla belə, o, vaxtaşırı “qaranlıq işlər” də görürdü. Xalası Silvia 1865-ci ildə vəfat etdikdə (atasının ölümündən cəmi iki həftə sonra), Qrin onun 2 milyon dollarlıq əmlakını miras alacağını gözləyirdi. Ancaq xalası vəsiyyətnamə ilə bir milyon dolları xeyriyyə təşkilatlarına, qalanını isə həkimi tərəfindən idarə olunmaq üçün Qrinə verdi. O, vəsiyyətnamənin yazıldığı kağıza, həmçinin üzərində xalasının xəttinə oxşayan yazı forması ilə çox bənzər vəsiyyətnamə hazırlatsa da, məhkəmə saxta olduğunu bildi və Qrinin arzusu yerinə yetmədi. O, bəzən öz mənafeyi naminə kobud gücə də arxalandı. Texas dəmir yolu maqnatı Kollis Hantinqtonla maraqları toqquşdu. Qrin, oğlunu hədələyən Hantinqtonu silahdan istifadə etməklə qorxudub və iş adamı yoldan çəkilmək məcburiyyətində qalıb. 

100 milyon dollardan çox əmlak hara getdi?

Qrin, Vermont ştatının Bellovs Falls şəhərinə, xəstə və ölüm ayağında olan ərinə qulluq etmək üçün qayıtdı. Həyat yoldaşı 1902-ci ildə vəfat etdikdən sonra 14 il dul  yaşayan Qrin İmmanuel Yepiskopal Kilsəsi qəbiristanlığında onun yanında torpağa verilməsi  üçün Yepiskopluğu qəbul edir. Qrin atası və babası tərəfindən yaxşı öyrədilən, həmyaşıdlarının heyranlığını, hörmətini qazanan intizamlı, bacarıqlı bir investor idi. Dəyərli investisiyalar məsələsində erkən təcrübəsi olan qadın biznesmen çalışqanlığı, zəhməti və istedadı sayəsində 100 milyon dollardan çox əmlak topladı. O, dünyanın ən zəngin qadını mövqeyini qazandı. Ölümündən sonra əmlakı oğlu və qızı arasında bərabər bölündü. Oğlu Ned daha sonra sərvəti bacısına buraxdı. Silvia da, anası kimi, maliyyəsini ərininkindən tamamilə ayrı saxlayırdı. Cütlüyün övladı olmadığı üçün Silviya öləndə bütün var-dövlətini bir sıra xeyriyyə təşkilatlarına miras verir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Qızıl bu tarixə kimi kəskin bahalaşacaq

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin