BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
31702

“Türkiyədən məhsul sifariş etmişəm. Lakin sifariş etdiyim kuryer şirkəti məndən xəbərsiz bağlamamı açıb. “Bağlamamı niyə açmısınız” deyə soruşduqda isə, bunu təhlükəsizliklə əsaslandırırlar. Bağlamamın içərisindəki hədiyyə mənə xəbər verilmədən karqo şirkəti tərəfindən götürülərsə, onun içində nə olduğunu necə biləcəm?”

Bunu sosial şəbəkələrdə karqo vasitəsi ilə xaricdən mal sifariş edən bir şəxs yazıb. Hər birimiz xaricdən məhsul sifarişi zamanı karqolardan istifadə edirik. Bəzən bağlama bu şikayətdə olduğu kimi karqo şirkəti tərəfindən açılır. Bəs bu, nə dərəcədə doğrudur?

Bağlamanın açılması qəti qadağandır

Karqo şirkətlərinin birinin əməkdaşı Nurlan Əyyamlı bildirdi ki, müştəri özü xarici anbarla əlaqə yaradaraq bağlamasını açdırıb, baxa bilər: “Bu xidmət zamanı xarici anbardakı əməkdaş məhsulu açır, şəklini və ya videosunu müştəriyə göndərir. Bu zaman müştəri bağlamanın qırıq, defektli olub-olmadığını görə bilir. Bağlama müştərinin bəyanından sonra birbaşa Azərbaycana göndərilir. Məhsul xarici anbara hansı formada təhvil verilibsə, o şəkildə də sistemə giriş olunur. Digər hallarda xarici anbardakı əməkdaşın bağlamanı açması, baxması qəti qadağandır”.

N.Əyyamlının sözlərinə görə, əgər müştəriyə xəbər verilmirsə, bu halda bağlama açıla bilməz: “Xarici anbar kamera nəzarəti altındadır. Bu kimi məsələlərə ciddi şəkildə nəzarət edilir. Çünki hansısa məhsulun özbaşına açılması, yoxlanılması qəti qadağandır”.

Karqo şirkəti heç bir məsuliyyət daşımır

Həmsöhbətimiz qeyd etdi ki, müştərinin məhsullarına görə karqo şirkəti heç bir məsuliyyət daşımır: “Karqo kuryer şirkətidir. Bağlamanın “a” nöqtəsindən “b” nöqtəsinə çatdırılmasını həyata keçirir. Məhsul gömrük orqanları tərəfindən yoxlanılır. Qadağan olunmuş məhsulun gömrük yoxlanılması zamanı saxlanılması prosesində karqo şirkəti heç bir məsuliyyət daşımır. Çünki həmin məhsul müştəriyə aiddir. Yanan, alışan, qadağan olunmuş məhsul olduqda birbaşa müştəri ilə əlaqə saxlayıb bu barədə məlumat veririk”.

Bağlamanın açılmasının iki səbəbi

Marketoloq Qələndər Məmmədlinin fikrincə, karqo şirkətlərinin bağlamaları açmasının iki səbəbi var: “Birinci səbəb odur ki, yanlış məhsul göndərilə bilər. Bu, vergidən yayınma halı yarada biləcəyi üçün risk təşkil edən amildir. İkincisi isə, daşınması qadağan edilmiş məhsuldur. Karqo şirkətləri aldıqları məsuliyyətə görə yoxlamağı özlərinə borc bilirlər”.

Marketoloq dedi ki, bu baxımdan bağlamanın açılması başa düşüləndir: “Karqo şirkəti üçün bu, arzuolunan vəziyyət deyil. Çünki məhsulun yoxlanılması çatdırılmada vaxt itkisi yaradır. Bu da müştəri narazılığına səbəb olur. İkinci məsələ odur ki, yoxlanış əsnasında məhsula gələ biləcək zərər karqo şirkətinin hesabına yazılır. Bu da əlavə xərcdir. Həmçinin, məhsul defektli ola bilər. Müştəri məhsulu açanda zənn edə bilər ki, bu, karqo şirkətinin qüsurudur. Lakin məhsul əvvəldən yoxlanılaraq götürüldükdə əgər defekt varsa, ortaya çıxır. Əskiklik sonradan yaranarsa, məsuliyyət karqo şirkətinindir. Bu zaman şirkət zərəri ödəyir”.

Göndərişə dair sonrakı tələb qəbul olunmur

Hüquqşünas Turan Abdullazadə isə qeyd etdi ki, qanunvericiliyə görə, bağlamalar yalnız sifarişi verənin icazəsi ilə açılmalıdır: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na əsasən, poçt göndərişinin açılması zamanı onun tərkibində çatışmazlıq, zədə və tərkibin dəyişdirilməsi aşkar edilməzsə, onun verilməsi müəyyən olunmuş qayda əsasında həyata keçirilir. Problem aşkar edildiyi hallarda poçt işçisi tərəfindən üç nüsxədə akt tərtib edilir və akt onun, poçt obyektinin rəhbəri və alıcı tərəfindən imzalanır. Aktın bir nüsxəsi poçt göndərişi ilə birlikdə alıcıya verilir, digər nüsxəsi göndəriciyə qaytarılır, üçüncü nüsxə isə xidməti təhqiqat aparılması üçün poçt obyektində saxlanılır. Alıcı poçt göndərişinin açılmasından imtina etdikdə, göndərişin yalnız çəkisi yoxlanılmaqla, poçt göndərişi ona “Açılmadan imtina etdi” qeydi edilməklə verilir. Bu halda göndərişə dair sonrakı tələb qəbul olunmur. Poçt göndərişlərinin açılması, baxılması, götürülməsi üçün bir qayda olaraq məhkəmənin qərarı olmalıdır. Təxirəsalınmaz hallarda müstəntiq məhkəmə qərarı olmadan da bunu edə bilər. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol tərtib edilməlidir”.

Vəkilin fikrincə, bağlamalar yalnız sahibi tərəfindən götürülmədikdə açıla bilər: “Göndərilmə üçün qəbul edildiyi gündən altı aylıq müddət bitdikdən sonra paylanmayan poçt göndərişlərinin “Poçt haqqında” qanuna və digər normativ aktlara uyğun olaraq açılması həyata keçirilir”.
T.Abdullazadənin sözlərinə görə, əgər vətəndaşın razılığı olmadan onun bağlaması karqo şirkəti tərəfindən açılıbsa və nəticədə hər hansı natamamlıq, əskiklik olarsa, eyni zamanda karqo şirkəti dəymiş ziyanı ödəməkdən imtina edərsə, vətəndaş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Vətəndaş həm də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bu halla bağlı şikayət etmək hüququna da malikdir”. ("Kaspi" qəzeti)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Qızıl bu tarixə kimi kəskin bahalaşacaq

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin