BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
31033

"Mançester Yunayted” dünya futbolunda ən çox maaş alan oyunçularla öyünür. Bəs Erik ten Haqın rəhbərlik etdiyi komandada kimlər evinə daha çox pul aparır? Bunu öyrənmək üçün rəqəmlər araşdırılıb. 

Qleyzer ailəsi klubu satmaq istəyir. Lakin çox az adam son illərdə “Mançester Yunayted”in rəhbərlərinin kifayət qədər pul xərcləmədiklərini iddia edə bilər. Ancaq klub sahiblərinin xərclədikləri vəsaitlərin “Mançester Yunayted”in Premyer Liqanın ən varlısı sayılan “Mançester Siti”yə meydan oxuması üçün nə qədər effektli olduğu haqda sual verilə bilər. Erik ten Haq son mövsümdəki nəticənin (üçüncü yer) ardından “Old Trafford”da standartları yüksəltməyə davam etmək zərurətindən danışıb.

"Düşünürəm ki, bütün səviyyələr əhəmiyyətli dərəcədə artdı və bu, lazım idi. Ancaq yenə də olmaq istədiyimiz yerdə deyilik və növbəti səviyyələrə keçməliyik. Sən həmişə öyrənirsən və hesab edirəm ki, ingilis futbolu inkişafdadır. Bu gün liqanın daha güclü olduğunu görürük. Bunu üç-dörd il əvvəlki ilə müqayisə edəndə, şübhəsiz ki, belədir. Çünki bütün güclü oyunçular, ən yaxşı məşqçilər Premyer Liqaya cəlb olunur və buna görə də inkişaf edir”.

“Mançester Yunayted” bu yay Meyson Maunt və Andre Onananı heyətinə qatıb, “Atalanta”nın və Danimarka millisinin hücumçusu Rasmus Hoylundun da ingilis klubuna transferi gözlənilir. Deyilənə görə, “Mançester Yunayted”də oyunçulara verilən illik əməkhaqqı 209,680,000 funt-sterlinqdir ki, bu da həftədə 4,032,308 funt-sterlinq təşkil edir. 

Valyuta.az Ten Haqın komandasında ən çox qazanan və nisbətən az maaş alan futbolçuların siyahısını təqdim edir. Bütün rəqəmlər “Capology”dən götürülüb. “Mançester Yunayted”in hər bir əsas komanda üzvünün həftəlik (ümumi) maaşı aşağıdakı şəkildədir.

Kazemiro - 350,000 funt-sterlinq
Ceydon Sanço – 350,000 funt-sterlinq
Rafael Varan – 340,000 funt-sterlinq
Markus Reşford – 300,000 funt-sterlinq
Antoni Marsial – 250,000 funt-sterlinq
Bruno Fernandeş – 240,000 funt-sterlinq
Meyson Maunt – 200,000 funt-sterlinq
Antoni – 200,000 funt-sterlinq
Harri Maquayr – 190,000 funt-sterlinq
Luk Şav – 150,000 funt-sterlinq
Kristian Eriksen – 150,000 funt-sterlinq
Viktor Lindelöf – 120,000 funt-sterlinq
Andre Onana – 120,000 funt-sterlinq
Donni van de Bik – 120,000 funt-sterlinq
Fred – 120,000 funt-sterlinq
Lisandro Martinez – 120,000 funt-sterlinq
Din Henderson – 100,000 funt-sterlinq
Aaron Van-Bissaka – 90,000 funt-sterlinq
Dioqo Dalot – 80,000 funt-sterlinq
Tayrell Malasia – 75,000 funt-sterlinq
Brendon Vilyams – 65,000 funt-sterlinq
Skot Maktominay – 60,000 funt-sterlinq
Alexandro Qarnaço – 50,000 funt-sterlinq
Tom Hiton – 45,000 funt-sterlinq
Amad Diallo – 28,846 funt-sterlinq
Fakundo Pellistri – 20,000 funt-sterlinq
Şola Şoretir – 5,000 funt-sterlinq
Teden Menqi – 5,000 funt-sterlinq
Hannibal – 3,462 funt-sterlinq

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin