BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
9922

"Fermerlərə verilən subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahiblərini işini asanlaşdırır". 

Valyuta.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə "Aqroservis" ASC Ağcabədi regional nümayəndəliyinin direktoru Elgün Gəraylı bildirib.

E.Gəraylı qeyd edib ki, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”ndakı dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər: 

“Fermerlər taxıl əkinlərinə əsasən ammonium nitrat gübrəsi verirlər. Əvvəllər qiyməti 26 manat 67 qəpik olan bu gübrənin 8 manatı fermer tərəfindən, 18 manat 67 qəpiyi isə dövlət büdcəsi hesabına ödənilirdi. İndi isə tam dəyəri dövlət büdcəsi hesabına "Fermer kartı" vasitəsilə ödənilir. Bundan başqa, “Aqroservis” əməkdaşları kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər”.

Qeyd edək ki, subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahibləri tərəfindən razılıqla qarşılanıb. 

Hüsülü kənd sakini Natiq Xəlilov bununla bağlı bildirib ki, əvvəllər gübrənin pulunun bir hissəsini özləri ödəyirdilər:

“İndi isə ödəniş tam şəkildə kartdan həyata keçirilir. Heç bir pul ödəmədən gübrəni alıb sahəyə verə bilirik. Gübrənin səyyar satışı da çox yaxşıdır. Bəzən olurdu ki, çatdırıb gübrə ala bilmirdik. Məhsuldarlığımız aşağı düşürdü. İndi isə gübrənin satışı kəndimizdə həyata keçirilir. Bunun üçün əlavə vaxt və xərc sərf edib aqroservisə getməyə ehtiyac qalmır. Fermerlərə yaradılan bu şəraitdən razıyam".

Qeyd edək ki, təsərrüfat sahibləri şənbə və bazar günləri də daxil olmaqla “Aqroservis” ASC-nin istənilən rayon bölməsinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər. Bununla yanaşı, gübrə və pestisid sifarişlərini operativ qəbul edilməsi və səyyar xidmətlərin keçirilmə ünvanlarının fermerlərin istəyinə uyğun təşkil olunması üçün 1659 nömrəsi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin