BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
9893

"2020-ci ildə Rusiya Federasiyasının idxal etdiyi meyvənin həcmi 2 faiz artaraq  5.2 milyard dollar təşkil edib".

Valyuta.az xəbər verir ki, bu fikri iqtisadçı ekspert Qaşqay İsmayıl bildirib.

Ekspert qeyd edib ki, ilk 5 ixracatçı srasında Türkiyə, Ekvador, CAR, Misirlə yanaşı, Azərbaycan da var: 

“Düzdür, Azərbaycandan bəzi hallarda İran və Türkiyə məhsulları da idxal edilir və Rusiyada bundan xəbərdardılar, amma istənilən halda, tendensiya müsbətdir”.

Q,İsmayıl aqrar sahəyə baxan dövlət qurumlarına müraciət edərək maraqlı bir təklif irəli sürüb:

“Ölkənin kənd təsərrüfatına cavabdeh olan şəxslər, yaxşı olardı ki, böyük su resursları tələb edən pambıq, yaxud qaz sərfiyyatı baxımından baha başa gələn pomidor əvəzinə, ənənəvi olaraq Azərbaycan kəndlisinin üstün olduğu bağçılığı stimullaşdırsınlar. Ölkənin torpaq, su ehtiyatları, iqlim şəraiti, Rusiya, həmçinin Avropa bazarlarına çıxış imkanları bağçılıq üçün idealdır. Kür çayının quruduğu bir dövrdə, azalmaqda olan su ehtiyatlarını kəndliyə normal gəlir gətirməyən pambığa xərclmək əvəzinə, fermerlərə bağçılıq üçün kreditlərin ayrılması, ən mühümü isə, ixracın stimullaşdırılması, regionların həqiqətən də dirçəldilməsinə gətirib çıxara bilərdi”. 

Onun fikrincə, hazırda Azərbaycan kəndlisinin əsas ehtiyacı, heç də Olimpiya Komplekslərinə yaxud divarların bəzədilməsinə deyil, effektiv gəlir gətirən, paytaxta axının qarşısını ala bilən istehsalat sahələrinin yaradılmasındadır.

Ekspert vurğulayıb ki, neft gəlirlərinin ölkəni təmin edə bilməyəcəyi dövr yaxınlaşdıqca, alternativ mənbələrin tapılması həyati əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik – 20 milyondan çox azalma olub

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin