BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Bu il ölkəmizdə kartof məhsulu ötən illərdən bolluğuna görə fərqlənir. Lakin yerli kartofun qiyməti idxal olunandan nisbətən bahadır.

Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında satıcılar da təsdiqləyib. Onlar bildirilər ki, kartofun qiyməti hardan gətirildiyindən aslı olaraq dəyişir. Hazırda qiymətlər kiloqramına görə 60 qəpik - 1 manat 50 qəpik arasında dəyişir.

Bəs, yerli kartofun qiyməti niyə bahadır?

Məsələ ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, Azərbaycan ildə bir milyon ton kartof istehsal edir.

"Bu da istehlakımızı ödəyir. Sadəcə ölkəmizdə hava şəraiti isti olduğu üçün məhsul tez yetişir. Rusiya və digər ölkələrə yazda kartof ixrac edirik. Payız fəslində isə bir hissəsini Rusiyadan, İrandan və Belarusiyadan idxal edirik. Ümumilikdə Azərbaycanın kartof təminatı yaxşıdır. Amma son illərdə mütəmadi olaraq əkin sahələrinin, həm də istehsalın aşağı düşməsi sual yaradır. Bu ilə gəldikdə isə bölgələrdə yaz vaxtı yağış və dolu yağmasını daha çox müşahidə etdik. Bu da yerli kartofun azalmasına səbəb ola bilər.
Əhali daha çox yerli kartof istehlak etdiyindən tələb yüksək olur. Həm də yerli məhsullar daha keyfiyyətli olur. Buna görə də idxal kartofundan daha baha olur. Lakin xaricdən gətirilən kartofun daşınma xərclərini nəzərə alsaq həmin məhsulun maya dəyəri ucuz ola bilməz", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır. Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,11 %-ni təşkil edib

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər