BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
25598

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Valyuta.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyekt tərtib olunmuş layihəyə uyğun inşa olunmayıb, iaşə obyektinə məxsus tikililərin yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin yeraltı yanacaq çənləri ilə ara məsafəsi normalara uyğun olaraq 25m əvəzinə 3m təşkil edir;

- obyekt ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıqlarla təmin edilməyib;

- otaqlarda qurulmuş yanğınxəbərverici siqnalizasiya sistemi işlək və saz vəziyyətdə deyil, normalara uyğun detektorlarla təmin edilməyib və s.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu gün bu ərazilərdə qaz kəsiləcək

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

"GƏNCƏ İLMƏÇİ"dən əməkhaqqı tələbi - Məhkəmə

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

Ruslar artıq araqdan konyaka keçir

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

“Qaçqınkom”un 2 milyonluq kombi layihəsi

Keçmiş məmurların şirkətləri arasında nə baş verib?

Hindistan ABŞ sanksiyalarına görə Rusiya tankerlərinə sertifikat verməyi dayandırıb

"Perlit" gömrük qaydalarını pozduğuna görə məhkəmə qarşısında

ABŞ Çin idxalına rüsumları rekord dərəcədə artırmağa hazırlaşır

Hazırda ala biləcəyiniz ən yaxşı 10 smartfon (SİYAHI)

Diri Baba türbəsi bərpa ediləcək

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Bu günədək nə qədər tələbə təhsil krediti alıb?

Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dövlətə aid mənzilləri rüşvətlə istifadəyə verən vəzifəli şəxsin məhkəməsi başlayır

Nazir korrupsiyada ittiham olundu, Polşa danışıqları ləğv etdi

Fitch Solutions: Sürətli və ucuz ticarət yolları Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq

Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin