BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
25458

Koronavirusdan vəfat edən tanınmış iş adamı Fizuli Fərəcovun oğluna məxsus, Bakıxanov qəsəbəsində yerləşən “Texas” restoranında aparılan yoxlamaların nəticələri ilə bağlı iş yenidən araşdırılacaq.  

Qaynarinfo-nun məlumatına görə, 2020-ci ildə koronavirusdan vəfat edən Fizuli Fərəcovun oğluna məxsus “Texas” restoranında 2021-ci ilin fevral ayında müvafiq qurumlar tərəfindən aparılan araşdırma zamanı karantin qaydalarının pozulması halı müəyyən edilib. Belə ki, 10 fevral 2021-ci il tarixdə restoranda Nazirlər Kabinetinin 237 saylı qərarının tələblərinə riayət edilməsinə nəzarət məqsədilə yoxlama keçirilib. Yoxlama zamanı müəyyən olunub ki, ictimai iaşə obyektinin qida qəbulu zalında müştərilər sosial məsafəni pozaraq qrup halında, yəni kiçik məkanda 50-60 nəfər məsafə saxlamadan rəqs ediblər. Bundan başqa, ictimai iaşə obyektində masalararası məsafənin 2 metr, eyni masa ətrafında 1 metr məsafənin gözlənilməsi barədə tələblərin pozularaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı müəyyən edilib. 

Elə həmin ilin mart ayında restoran İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə edilib.

Fizuli Fərəcovun ölümündən sonra oğlu Əli Fərəcovun adına keçən restoranda yoxlama zamanı S.V.Rasulovun sənədləri təqdim edildiyinə görə akt və protokol onun adına yazılıb. O, bu ilin noyabr ayında məhkəmədən qərarın ləğv edilməsini xahiş edib. Sonuncu həmin qərarı mübahisələndirərək, inzibati xəta törətmədiyini və təqsirli olmadığını bildirib. 

Amma məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, restoranın sahibi Əli Fərəcov məhkəməyə getməyib və bunun üçün üzrlü səbəbləri barədə heç bir məlumat verməyib.

Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə keçirilən məhkəmədə ötən ilin mart ayında inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və inzibati işin yenidən araşdırılmasına başlanılmasına göstəriş verilib. 


Qeyd edək ki, əslən Naxçıvandan olan mərhum Fizuli Fərəcov 2017-ci ildə 14 yaşlı oğlu Ağəli Fərəcovun 99-BS-999 dövlət nömrə nişanlı "Porsche” avtomobililə gənc qızı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. “Texas” restoranına görə mərhum iş adamı el arasında "Texas Fizuli" kimi də tanınırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin