Xəbər
10.01.2025 / 16:44
"Hidro Master" MMC-nin rəhbəri cərimələnib
62942
"Hidro Master" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, buna səbəb kimi zavod direktorunun, əməkdaşlardan birinin əmək müqaviləsinə qanunsuz xitam verməsi olub.
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək şirkət rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə protokolu tərtib edib. İşə bu ilin yanvarın 21-də Bakı Şəhəri Nizami rayon məhkəməsində, hakim Nəriman Mehdiyev tərəfindən baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə görə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Sabiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay