&ldquo;Onlar Bizə Əmanətdir&rdquo; layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib<span style="color:#ff0000">&reg;</span>

Redaktor

10.01.2025 15:09
348

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib®

Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib mövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond “Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində növbəti dəfə şəhid övladlarını sevindirib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən layihə paytaxt Bakı da daxil olmaqla ölkənin bütün regionlarını əhatə edib. Layihə çərçivəsində 16 yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdim edilib. 

Şəhid övladlarının siyahısının hazırlanması yerli icra hakimiyyəti orqanlarının, hədiyyələrin onlara çatdırılması isə fondun könüllüləri ilə yanaşı “Azərpoçt”un dəstəyi ilə baş tutub. Layihənin həyata keçirilməsində “Kapital Bank”, “PMD Group”, “PashaPay”, “PASHA Investments”, “PASHA Technology”, “PASHA Life” və “PASHA Bank” kimi nüfuzlu tərəfdaşlar iştirak ediblər.  

4 ildir davam edən “Onlar Bizə Əmanətdir” layihəsinin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir. 

Uşaqlarına sevinc dolu anlarını izləmək üçün keçid edin: //kbl.az/robe 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Məzənnə

Yüklənir...