“Kamiloğlu” MMC cərimələnib
“Kamiloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
Valyuta.az-ın məlumatına görə, Mərkəzi Bank tərəfindən “Kamiloğlu” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Məlum olub ki, MMC 115000.00 ABŞ dolları məbləğində olan vəsaiti 22 noyabr 2022-ci il tarixində xaricə köçürüb və 2 il müddət keçsə də, 24376.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməyib, valyuta vəsaitini geri qaytarmayıb.
Məhkəmənin qərarı ilə, “Kamiloğlu” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 24376.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 4.875,2 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay