BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7598
  • RUB
    1.5837
  • TRY
    0.0481
  • GBP
    2.122
62867

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) qarşıdakı üç il ərzində İstanbul Hava Limanını hər il 700 min ton aviasiya yanacağı ilə təmin edəcək.

Şirkət bildirib ki, bu strateji əməkdaşlıq aviasiya sənayesinə verdikləri töhfəni daha da artıracaq: “Biz bu əməkdaşlığı elan etməkdən məmnunuq”.

Bu il İstanbul Hava Limanının illik təyyarə yanacağına olan tələbatının 3 milyon tondan çox olacağı gözlənilir. Bu tələbatın 23,3 %-i, yəni 700 min tonu STAR NEZ tərəfindən, 60 %-i, yəni 1,8 milyon tonu isə "Türkiye Petrol Rafinerileri A.Ş." (Tüpraş) tərəfindən təmin ediləcək.

2024-cü ilin yanvar-oktyabr aylarında STAR NEZ 838,579 min ton reaktiv mühərriklər üçün kerosin (aviayanacaq) istehsal edib. Ümumilikdə isə bu dövrdə Türkiyədəki neft emalı zavodlarında 4 milyon 802,5 min ton aviayanacaq istehsal olunub. Beləliklə, STAR NEZ-in istehsal etdiyi təyyarə yanacağının əhəmiyyətli hissəsi İstanbul Hava Limanına tədarük ediləcək. Hazırda STAR NEZ-in Türkiyədə istehsal olunan təyyarə yanacağı bazarındakı payı 17,5 % təşkil edir.

Xatırladaq ki, “SOCAR Aviation” ilk dəfə 2019-cu ildə İstanbul Hava Limanının illik 700 min ton təyyarə yanacağı tədarükü üçün elan etdiyi tenderin qalibi olub.

STAR NEZ-in təməli 2011-ci ilin oktyabrın 5-də qoyulub, 2018-ci ilin oktyabrın 19-da isə rəsmi açılışı olub. Zavod 2019-cu ilin sentyabrından tam gücü ilə fəaliyyət göstərir. Ötən il burada həyata keçirilən təmir və modernləşdirmə işləri zavodun emal gücünü illik 13 milyon ton səviyyəsinə çatdırıb. STAR NEZ-də “Urals”, “Azeri Light” və “Kərkük” neft növləri emal olunur. Zavodun əsas məhsulları arasında dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol və neft koksu yer alır.

Türkiyənin təyyarə yanacağı bazarında STAR NEZ-in 1,6 milyon tonluq istehsal payı idxal ehtiyacını əhəmiyyətli dərəcədə azalda bilər. Hazırda ölkədə təyyarə yanacağı istehlakının 80 %-dən çoxu daxili istehsal hesabına təmin edilir. Türkiyənin illik təyyarə yanacağına tələbatı təxminən 6 milyon ton səviyyəsindədir. Bu həcmin 66,6 %-i və ya 4 milyon tonu İstanbul Hava Limanında, 800-900 min tonu isə Antalya Hava Limanında istifadə olunur.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Diqqətlər Trampın ilk iş günündə: "Bitcoin" və kriptovalyutalar üçün böyük addım atıla bilər"

Diqqətlər Trampın ilk iş günündə: "Bitcoin" və kriptovalyutalar üçün böyük addım atıla bilər"

Analitik: "Kriptovalyuta bazarı istiqraz gəlirlərinin artmasından təsirlənir"

"Chrome" və digər brauzerlərdə təhlükəli zəifliklər aşkarlandı: Necə aradan qaldırmaq olar?

"Rolls-Royce" super varlılar üçün fərdi avtomobillər istehsal edəcək

Məcburi auditdən yayınan şirkət cərimə olunur

Trumpın andiçmə mərasimi üçün rekord məbləğdə ianə toplanıb

London Britaniyanın ən sürətlə qocalan şəhəri oldu - Səbəb nədir?

"Tais İKF" hansı qaydaları pozub?

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

Bu qurumun 1,2 milyonluq tenderi ləğv edildi

Azərbaycan Bolqarıstana qaz tədarükünü dayandırıb - Səbəb?

"Hyundai Motor Group"un 24 trilyon vonluq sərmayə vədi

ABŞ hökumətindən "Nvidia" üçün yeni məhdudiyyətlər - "Bloomberg"

Ağdamla bağlı 24 milyonluq yeni layihə

"Kotirovka kralı" "Ofis.A.M." - 1 ildə 331 satınalma müqaviləsi

Avropanın Rusiyadan "MTQ" idxalı “rekord səviyyədədir” - "The Guardian"

Azərbaycan Dövlət Neft Fondu sığortaçısını dəyişib

Azərbaycanın böyük içki istehsalçısı cərimələnir

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

2023 və 2024-cü illərdə temperatur rekordları qırıldı - Qlobal istiləşmə sürətlənirmi?

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Cozef Aun Livanın yeni Prezidenti seçilib

“Kamiloğlu” MMC cərimələnib

Çin lideri iqtisadçının sözlərindən qəzəblənib

“Samsung” və “Apple”a rəqib ucuz Çin texnologiyası - Rəqabət necə davam edəcək?

Zəngilanın Cahangirbəyli kəndi ilə bağlı 18 milyonluq layihə

“BakıKart”ın internet səhifəsi bərpa edilib

“Dogecoin” bir ildə 300% bahalaşıb

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin