BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7598
  • RUB
    1.5837
  • TRY
    0.0481
  • GBP
    2.122
62854

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.

Valyuta.az xəbər verir ki, bu barədə xidmətin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər davam etdirilir.

Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılmış və əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.

Bununla yanaşı ölkə başçısının 29.12.2024-cü il tarixli Fərmanı ilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibati Xətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər olunub, bu da xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinə, eləcə də hərbi xidmətdən boyun qaçırma hallarının qarşısının alınmasına xidmət edir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların “9100 Çağrı Mərkəzi”nə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Analitik: "Kriptovalyuta bazarı istiqraz gəlirlərinin artmasından təsirlənir"

"Chrome" və digər brauzerlərdə təhlükəli zəifliklər aşkarlandı: Necə aradan qaldırmaq olar?

"Rolls-Royce" super varlılar üçün fərdi avtomobillər istehsal edəcək

Məcburi auditdən yayınan şirkət cərimə olunur

Trumpın andiçmə mərasimi üçün rekord məbləğdə ianə toplanıb

London Britaniyanın ən sürətlə qocalan şəhəri oldu - Səbəb nədir?

"Tais İKF" hansı qaydaları pozub?

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

Bu qurumun 1,2 milyonluq tenderi ləğv edildi

Azərbaycan Bolqarıstana qaz tədarükünü dayandırıb - Səbəb?

"Hyundai Motor Group"un 24 trilyon vonluq sərmayə vədi

ABŞ hökumətindən "Nvidia" üçün yeni məhdudiyyətlər - "Bloomberg"

Ağdamla bağlı 24 milyonluq yeni layihə

"Kotirovka kralı" "Ofis.A.M." - 1 ildə 331 satınalma müqaviləsi

Avropanın Rusiyadan "MTQ" idxalı “rekord səviyyədədir” - "The Guardian"

Azərbaycan Dövlət Neft Fondu sığortaçısını dəyişib

Azərbaycanın böyük içki istehsalçısı cərimələnir

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

2023 və 2024-cü illərdə temperatur rekordları qırıldı - Qlobal istiləşmə sürətlənirmi?

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Cozef Aun Livanın yeni Prezidenti seçilib

“Kamiloğlu” MMC cərimələnib

Çin lideri iqtisadçının sözlərindən qəzəblənib

“Samsung” və “Apple”a rəqib ucuz Çin texnologiyası - Rəqabət necə davam edəcək?

Zəngilanın Cahangirbəyli kəndi ilə bağlı 18 milyonluq layihə

“BakıKart”ın internet səhifəsi bərpa edilib

“Dogecoin” bir ildə 300% bahalaşıb

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin