BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7598
  • RUB
    1.5837
  • TRY
    0.0481
  • GBP
    2.122
62848

Ağdam Sənaye Parkının 65 faizdən çoxu sahibkarlar tərəfindən məskunlaşdırılıb.

Bu fikirləri yanvarın 9-da Ağdam Sənaye Parkına təşkil edilən mediatur çərçivəsində  İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir:

“Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin olunmasıdır. Artıq Sənaye Parkının 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb”.

E. Kazımov Ağdam Sənaye Parkında qısa zaman ərzində görülən işlərə də toxunub:

“Ağdam Sənaye Parkı qısa müddət əvvəl yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2 min 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında doqquz müəssisə fəaliyyət göstərir”.

Müəssisələrin iş fəaliyyəti ilə bağlı danışan nazirlik rəsmisi "Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların; dam və fasad örtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar”.

E.Kazımov sənaye Parkında istehsal olunan məhsulların satışı və ixracı potensialı ilə bağlı əldə edilən nəticələri dəyərləndirib:

“Sevindirici haldır ki, Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb. Belə ki, Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib ki, bu da ölkəmizin divar kağızı istiqamətində ilk ixracıdır. Bundan başqa müəssisə tərəfindən MDB ölkələrinə, Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracı istiqamətində danışıqlar aparılır”.

O, Ağdam Sənaye Parkında istehsal olunan tikinti təyinatlı ayaqqabıların xarici ölkələrə ixracı üçün danışıqlar aparıldığını deyib:

“Sənaye Parkının digər rezidenti tərəfindən istehsal edilən tikinti təyinatlı ayaqqabıların da ixracı istiqamətində Avropa ölkələri ilə danışıqlar aparılır, bu istiqamətdə şirkət tərəfindən artıq sertifikat əldə edilib ki, bu da sözügedən şirkətə istehsal etdiyi məhsulu Avropa ölkələrinə ixrac etməyə imkan verir. Bundan başqa, hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləri tərəfindən layihələndirmə işləri həyata keçirilir, 10-a yaxın müəssisədə isə tikinti işləri görülür.

Eyni zamanda, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 501 milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər”.

E.Kazımov onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Analitik: "Kriptovalyuta bazarı istiqraz gəlirlərinin artmasından təsirlənir"

"Chrome" və digər brauzerlərdə təhlükəli zəifliklər aşkarlandı: Necə aradan qaldırmaq olar?

"Rolls-Royce" super varlılar üçün fərdi avtomobillər istehsal edəcək

Məcburi auditdən yayınan şirkət cərimə olunur

Trumpın andiçmə mərasimi üçün rekord məbləğdə ianə toplanıb

London Britaniyanın ən sürətlə qocalan şəhəri oldu - Səbəb nədir?

"Tais İKF" hansı qaydaları pozub?

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

Bu qurumun 1,2 milyonluq tenderi ləğv edildi

Azərbaycan Bolqarıstana qaz tədarükünü dayandırıb - Səbəb?

"Hyundai Motor Group"un 24 trilyon vonluq sərmayə vədi

ABŞ hökumətindən "Nvidia" üçün yeni məhdudiyyətlər - "Bloomberg"

Ağdamla bağlı 24 milyonluq yeni layihə

"Kotirovka kralı" "Ofis.A.M." - 1 ildə 331 satınalma müqaviləsi

Avropanın Rusiyadan "MTQ" idxalı “rekord səviyyədədir” - "The Guardian"

Azərbaycan Dövlət Neft Fondu sığortaçısını dəyişib

Azərbaycanın böyük içki istehsalçısı cərimələnir

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

2023 və 2024-cü illərdə temperatur rekordları qırıldı - Qlobal istiləşmə sürətlənirmi?

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Cozef Aun Livanın yeni Prezidenti seçilib

“Kamiloğlu” MMC cərimələnib

Çin lideri iqtisadçının sözlərindən qəzəblənib

“Samsung” və “Apple”a rəqib ucuz Çin texnologiyası - Rəqabət necə davam edəcək?

Zəngilanın Cahangirbəyli kəndi ilə bağlı 18 milyonluq layihə

“BakıKart”ın internet səhifəsi bərpa edilib

“Dogecoin” bir ildə 300% bahalaşıb

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin