Xəbər
08.01.2025 / 13:04
Ötən il dövlət qurumlarını hədəfə alan 2 milyondan çox zərərli elektron poçt bloklanıb
62769
Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 30 milyon 255 min 757 elektron məktubu emal edib, onlardan 28 milyon 142 min 767-ni istifadəçilərə çatdırıb, 2 milyon 112 min 990-nını isə zərərli tərkibli olduğu üçün bloklayıb.
2023-cü illə müqayisədə bloklanmış məktubların sayı 24 % azalıb.
Təkcə IV rübdə 372 min 953 elektron məktub bloklanıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52 % azdır.
Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 27 milyon 854 min 673 məktub daxil olub, onlardan 24 milyon 805 min 720-si istifadəçilərə çatdırılıb, 2 milyon 782 min 102-si zərərli tərkibli olduğu üçün blok edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay