“Aztelekom”a yeni baş maliyyə inzibatçısı təyin edilib (FOTO)
“Aztelekom” MMC-yə yeni baş maliyyə inzibatçısı (CFO) təyin edilib.
Valyuta.Az xəbər verir ki, bu vəzifəyə Alim Babayev təyinat alıb.
O, 2023-cü ilin yanvarından 2025-ci ilin yanvar ayına kimi Veysəloğlu Şirkətlər Qrupunda Mərkəz Maliyyə direktoru olub.
Alim Babayev Dünya Bankı & Maliyyə Nazirliyi, Big4 (Deloitte), NEQSOL Holding, Veysəloğlu Şirkətlər Qrupu kimi təşkilatlarda mühasibat uçotu, maliyyə və biznes nəzarəti, xarici və daxili audit, investisiyaların dəyərləndirilməsi sahəsində 10 ilə yaxın iş təcrübəsinə malikdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsində bakalavr, Qafqaz universitetində MBA üzrə magistr təhsili almışdır. Həmçinin ACCA, CIA (Certified Internal Auditor) kimi kvalifikasiyalara sahibdir.
© Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay