BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7666
  • RUB
    1.5962
  • TRY
    0.0481
  • GBP
    2.1302
62676

2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına uyğun olaraq bu aydan bır sıra artımlar qüvvəyə minib.

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov məlumat verib.

Əmək haqqı artımları

Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketinin əsas elementlərindən biri də məhz maaş artımlarıdır. Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əmək haqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar.

Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək.

Pensiya artımları

Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.

Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Qeyd edək ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

Minimum pensiya məbləğisə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar.

Sosial Yardım

Azərbaycan Prezidentinin digər sərəncamı ilə isə bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb. Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir.

Artımların ödənilməsinə gəldikdə isə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni, əgər vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə o artırılmış məbləğ ilə yardımı bu aydan alacaq.

Müavinət və Təqaüdlər

Azərbaycan Prezidentinin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti (NK) sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir. NK tərəfindən təkliflər təqdim olunduqdan sonra müavinət və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalancaq. Bununla da müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

18 vətəndaşımız Eritreyada girov saxlanılır - RƏSMİ

18 vətəndaşımız Eritreyada girov saxlanılır - RƏSMİ

Bu dövlət müəssisəsi 6 milyon manata özəlləşdirildi

Doğum şəhadətnaməsinə müraciət rəqəmsallaşdı

Ölkədə fəaliyyət göstərən taksilərdə vahid rəng tətbiq edilib

"Bitcoin", "Ethereum" və altkoinlər niyə ucuzlaşır? - “İnflyasiya” dilemması

"Bitcoin", "Ethereum" və altkoinlər niyə ucuzlaşır? - “İnflyasiya” dilemması

Prezident: “Şəhər tıxaclarda boğulmağa başlayıb”

Tramp otelini partlatmaqda şübhəli bilinən şəxs ChatGPT-dən istifadə edib

Dünyada ən çox tıxac olan şəhərlərin adları açıqlanıb

Metanol istehsalında 22 min tondan çox artım - Rəqəmlər

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 10 %-dən çox azalıb

Bu rayonda əlillərə və şəhid ailələrinə 3 otaqlı evlər veriləcək - 3,2 milyon ayrıldı

Sürüşmələr aktivləşib, ciddi monitorinqlər aparılır

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

Kreditləşmə ilə bağlı yeni qaydalar nəyi dəyişəcək?

Kreditləşmə ilə bağlı yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı RƏSMİ Açıqlama

“Bitcoin” il sonuna qədər neçəyə olacaq? - “Bitwise”dan proqnoz

SOCAR-ın səhmdarı olduğu şirkətin rəhbəri dəyişdirildi

Bakı-Kazan-Bakı aviareysi ləğv edilib

ASCO: Afrikada saxlanılmış gəmilər bizə aid deyil

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

TƏBİB-in tabeliyinə verilən tibb müəssisələri üçün cərrahi sap alınır - 572 minlik müqavilə

Polşa ilk AES-in tikintisi üçün təxminən 15 milyard dollar ayıracaq

10-dan çox restoran quran biznesmen: “Mənimlə işləyənlər “olmaz” əvəzinə “necə olar?” deyirlər” - MÜSAHİBƏ

10-dan çox restoran quran biznesmen: “Mənimlə işləyənlər “olmaz” əvəzinə “necə olar?” deyirlər” - MÜSAHİBƏ

Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi qurulub

Avro və rubl ucuzlaşdı - Məzənnə

"Amazon"un 11 milyard dollarlıq süni intellekt yatırımı - "Bloomberg"

"Amazon"un 11 milyard dollarlıq süni intellekt yatırımı - "Bloomberg"

Ay zamanının sirri: "NASA"nın yeni kəşfi -SƏHƏR OXUSU

Dünyada 1,2 trilyon, ABŞ-da 282 milyardlıq alış-veriş...

"Panasonic Energy"nin əsas məqsədi: Çindən idxalı dayandırmaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin