Xəbər
06.01.2025 / 23:58
Məşhur şirniyyat şirkəti 3000 manat cərimələnə bilər
62662
Şirniyyat istehasalı ilə məşğul olan "Can-Pa" şirkəti barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 326-cı (Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
326-cı maddəyə görə vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay