BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7536
  • RUB
    1.5373
  • TRY
    0.0481
  • GBP
    2.1144
62634

Son illərdə kiçik bizneslərin artan tələbatı sahibkarlar üçün müxtəlif sahələrdə yeni imkanlar yaradıb. Ev təmizliyi xidmətləri, mobil tətbiq hazırlama və s. kimi digər xırda bizneslər, həmçinin sürətlə inkişaf edən sektorlardır. Bu tip bizneslər, həm yerli bazarlarda, həm də rəqabətli mühitdə öz yerini tapmağa, inkişaf etməyə imkan verir. Kiçik və orta sahibkarlıq sahəsindəki bu yenilikçi yanaşmalar, həm iqtisadiyyatı canlandırır, həm də yeni iş yerlərinin yaranmasına səbəb olur. Belə bizneslərin uğur qazanması üçün düzgün ideya və effektiv biznes planın hazırlanması böyük əhəmiyyət kəsb edir.

Valyuta.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən sahibkarlıq fəaliyyətinə başlayanlar üçün biznes ideyalarını təqdim edir:

Ev təmizliyi şirkəti

İş və ailə həyatının gərgin və stresli olduğu bir vaxtda ev təmizliyinə saatlar xərcləmək və böyük enerji sərf etmək daha çətin olur. Bu səbəbdən evlərin təmizliyini həyata keçirən ev təmizliyi şirkətlərinə böyük ehtiyac duyulur. Bu xidmətləri müştəriyə birdəfəlik və ya mütəmadi şəkildə təqdim etmək olar. Çox az maliyyə ilə bu tipli bizneslərlə başlamaq mümkündür. Tələb olunan əsas resurslarla (təmizlik işlərini görən işçilər və xüsusi təmizləyici avadanlıq və kimyəvi vasitələr) bu biznesə qısa zamanda start vermək olar.

Mobil tətbiq hazırlama biznesi

Bu gün mobil tətbiqetmələr, biznesin qarşısında duran müxtəlif problemləri həll etməyə imkan verən güclü bir marketinq alətinə çevrilir: müştəri əldə etmək; satış artımı; şirkətin müsbət imicini yaratmaq; müştərilər və tərəfdaşlarla rabitə proseslərinin optimallaşdırılması. Bu cür proqramlar hədəf auditoriyası ilə həm əsas, həm də əlavə əlaqə kanalı rolunu oynaya bilər. Bu baxımdan mobil tətbiq hazırlama biznesi B2B (biznes-biznes) sahəsi üçün böyük imkanları olan biznes trendidir.

Avtomobil yuma biznesi

Şəhərlərdə avtomobillərin sayı daim və durmadan artdığına görə avtomobillərlə əlaqəli xidmətlərə tələbat artır. Bu səbəbdən keyfiyyətli avtomobil yuma xidmətlərinə həmişə ehtiyac var. Avtomobil yuma növünün seçimi planlaşdırma mərhələsində öyrənilməli olan çox vacib məqamdır. Nağd investisiyaların həcmi, avtomobil yuma xidmətlərinə tələbat və mənfəət bundan asılıdır. Avtomobil yuma işini yuyulma metoduna görə bir neçə növə bölünür: Əl ilə yuma, avtomatik yuma və mobil yuma.

Əl işləri biznesi

Əl işləri biznes ideyaları bu gün həmişəkindən daha aktualdır. Sosial şəbəkələrin inkişafı və xarici müştərilərə və turistlərə çatma imkanı əlləri ilə işləyə biləcək istənilən istedadlı insanlara üçün öz işini qurmağa böyük imkanlar yaradır. Bu sahədə alıcıların istəyini nəzərə almaqla müxtəlif məhsuları hazırlamaq mümkündür. Biznes üçün əsas tələb sizin və yaxud bu işə cəlb edəcəyiniz şəxslərin istedadlı əl bacarıqlarının olmasıdır.

Çörək və bulka məmulatları biznesi

Mini çörək və bulka məmulatları biznesinin müvəffəqiyyəti əsasən çeşidinin müxtəlifliyi, keyfiyyəti və eksklüzivliyi ilə müəyyən edilir. İstehlakçı artıq doymaq üçün bişmiş mal almaqdan getdikcə uzaqlaşır və dadlı, sağlam və orijinal bir məhsul almaq istəyir. Keyfiyyətli və sağlam reseptə əsaslanan və düzgün hazırlanan çörək və bulka məmulatları bütün işin əsas təməlidir. Hər hansı bir mini çörək bişirmə müəssisəsi üçün uyğun və əlverişli bir yerin seçilməsi vacib şərtdir.

Ev tekstili biznesi

Ev tekstili biznesi çox cəlbedici bir işdir. Yorğan, yastıq, döşəkçə, süfrə, dəsmal və s. şeylər hər kəs üçün zəruridir və çox vaxt bu kateqoriya mal hədiyyə olaraq seçilir. Məsələn toy, ad günü və yubiley üçün. Ev tekstil biznesinə girməzdən əvvəl bazarı çox diqqətlə araşdırmalı və əsas rəqibləri müəyyənləşdirməlisiniz. Zəif cəhətlərə baxın, məsələn, həddindən artıq dərəcədə artırılmış, kiçik çeşiddə, hər hansı bir mal qrupunun olmaması və yalnız bundan sonra ev tekstili biznesi üçün öz biznes planınızı yaratmağa başlayın.

Onlayn foto satışına başlayın

Peşəkar bir fotoqrafsınızsa və ya bunun üçün dərin bir marağınız varsa, çəkdiyiniz şəkillərinizi foto satış saytlarında yerləşdirməyinizdən pul qazana bilərsiniz. Başlamağınız üçün yaxşı bir kamera və kompüter lazım olacaq. İşarəli şəkillərinizin siyahısını və vahid qiymətləri müəyyən etməklə öz veb saytınızıda yarada bilərsiniz və ya digər saytlarda yerləşdirə bilərsiniz. Boş vaxtlarınızda şəkillər çəkə və onlayn satışa hazırlaya bilərsiniz.

«T-Shirt» istehsalına başlayın

«T-Shirt» istehsalına başlamaq və bu sahədən yaxşı gəlir əldə etmək istəyirsinizsə, o zaman müştərilərin dizaynlarından və ya öz ideyalarınıza uyğun dizaynlardan istifadə edərək tələbata uyğun köynəklər istehsal edin. Onların geyim mağazalarında və ya onlayna olaraq satışını təşkil edə bilərsiniz.

3D Printing bizesinə başlayın

Bu biznes sahəsinə başlamaq üçün ilk olaraq öz məhsulunuzu müəyyən etməlisiniz. Çətin olduğu təqdirdə digər insanların istəklərini və ya fikirlərini də öyrənə bilərsiniz. Ən yaxşı ideya olaraq isə prototip 3d printerlə hazırlamağı təklif edərdik. Prototipin hazırlanması nəticəsində eyni zamanda bütün ixtisasların da inkişafına müsbət təsir göstərmək olar.

İnteryer - dekorasiya bizesinə başlayın

Bu biznes sahəsi əyləncəli və asan bir iş kimi görünə bilər, qiyməti də çox olar. Lakin bununla yanaşı, bu biznes sahəsi çox rəqabətlidir və daxil olmaq üçün çətinlik yaranması ehtimalı vardır. Proqram dizaynı simulyasiyası və ixtisaslaşdırılmış təhsil bazaları daha çox yayılmaqla dizayn da getdikcə inkişaf edir.

Valyuta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada 1,2 trilyon, ABŞ-da 282 milyardlıq alış-veriş...

"Panasonic Energy"nin əsas məqsədi: Çindən idxalı dayandırmaq

"Sony" və "Honda"nın ilk birgə elektrik avtomobili 90 min dollara satılacaq (VİDEO)

“Aztelekom”a yeni baş maliyyə inzibatçısı təyin edilib (FOTO)

"ECO TERRA" MMC barəsindəinzibati xəta protokolu tərtib olunub

ABŞ hökuməti ilə "Berkshire Hathaway" arasında məhkəmə qalmaqalı - "Reuters"

"Nvidia"nın texnoloji yeniliklərinin təqdimatı - "CES 2025" sərgisi

Ukraynanın dövlət büdcəsinin kəsiri 1,77 trilyon olub

Agentlik 4,3 milyonluq peyvənd alır

Pensiya ödənişlərinə bu il yarım milyard manatdan çox vəsait ayrılıb

Bazarda pul kütləsi artır – Bu, qiymətlərə necə təsir göstərəcək?

Bazarda pul kütləsi artır – Bu, qiymətlərə necə təsir göstərəcək?

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb edib

“McDonald’s” və “BBC” araşdırması: İrqçi şərhlər, cinsi təcavüz iddiaları

Türkiyədə 2024-cü ildə avtomobil satışları rekord həddə çatıb

"Azvirt" şirkəti yaşıllığı məhv edib?

"ƏLİ-TEKSTİL" MMC cərimələnə bilər

Torpaqların kateqoriyasına dair müraciətə baxılması elektronlaşdırılıb

Deputat: "Daha çox sektorda maaş artımlarının olacağı gözlənilir"

AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib

AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Qrantların reyestrinin aparılması qaydaları təsdiqləndi

Şahin Bağırov şöbə rəisini işdən çıxardı - Xidmətə müavin təyin etdi

Film nümayişlərinə görə əhaliyə ƏDV-nin 50 faizi qaytarılacaq

“Google” yeni komanda qurur - “Süni intellekt modelləri inkişaf etdiriləcək”

Bəzi hərbçilər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək

Prezident bu şəxslərin maaşını artırdı (SƏRƏNCAM)

Azərbaycanda yeni rüsumlar müəyyənləşdi

Mərkəzi Bank bu şirkət barəsində cərimə protokolu yazıb

İdman Akademiyası deputata məxsus olduğu deyilən şirkətdən 250 minlik maşın və avadanlıq alır

"Nvidia"nın direktorunun CES 2025 çıxışından 3 əsas məqam

"Nvidia"nın direktorunun CES 2025 çıxışından 3 əsas məqam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin