Əbülfəz Babayevə qarşı 2,5 milyonluq dələduzluqda ittiham edilirdi, vəfat etdi
“Olympus Şirkətlər Qrupu”nun rəhbəri Əbülfəz Babayevin 2 milyon yarım manatını ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən biri vəfat edib.
Təqsirləndirilən Ramal Əzimov xərçəng xəstəliyindən dünyasını dəyişib.
Həmin səbəbdən onun işi ayrıca icraata götürülüb, hüquqi varisi tanınıb.
Məhkəmənin sonunda mərhum müttəhimin işinə barəsində bəraətverici və ya bəraətverici əsaslar olmadan xitam veriləcək.
Qeyd edək ki, Əliyar Abbasovun rəhbərlik etdiyi dəstə üzvləri Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Ə.Abbasov ARB Televiziyasının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağa söz verib. Ondan 100 min manat beh alıb. O, sonradan qohum və tanışlarını cinayətkar iş birliyinə cəlb etməklə zərərçəkmişin xüsusilə külli miqdarda pulunu ələ keçirib.
Əbülfəz Babayev Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqəəinin sahibi, həmçinin bir çox tikinti layihələrində təsis payı olan şəxs kimi tanınır.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
©Qafqazinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay