BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7536
  • RUB
    1.5373
  • TRY
    0.0481
  • GBP
    2.1144
62626

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəklərini bildirib.

Dövlət başçısı bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib.

Prezident ekipaj üzvlərinin, xüsusilə də pilotların peşəkarlığını vurğulayıb:

"Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi".

İ.Əliyev vurğulayıb ki, həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir.

"Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada 1,2 trilyon, ABŞ-da 282 milyardlıq alış-veriş...

"Panasonic Energy"nin əsas məqsədi: Çindən idxalı dayandırmaq

"Sony" və "Honda"nın ilk birgə elektrik avtomobili 90 min dollara satılacaq (VİDEO)

“Aztelekom”a yeni baş maliyyə inzibatçısı təyin edilib (FOTO)

"ECO TERRA" MMC barəsindəinzibati xəta protokolu tərtib olunub

ABŞ hökuməti ilə "Berkshire Hathaway" arasında məhkəmə qalmaqalı - "Reuters"

"Nvidia"nın texnoloji yeniliklərinin təqdimatı - "CES 2025" sərgisi

Ukraynanın dövlət büdcəsinin kəsiri 1,77 trilyon olub

Agentlik 4,3 milyonluq peyvənd alır

Pensiya ödənişlərinə bu il yarım milyard manatdan çox vəsait ayrılıb

Bazarda pul kütləsi artır – Bu, qiymətlərə necə təsir göstərəcək?

Bazarda pul kütləsi artır – Bu, qiymətlərə necə təsir göstərəcək?

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb edib

“McDonald’s” və “BBC” araşdırması: İrqçi şərhlər, cinsi təcavüz iddiaları

Türkiyədə 2024-cü ildə avtomobil satışları rekord həddə çatıb

"Azvirt" şirkəti yaşıllığı məhv edib?

"ƏLİ-TEKSTİL" MMC cərimələnə bilər

Torpaqların kateqoriyasına dair müraciətə baxılması elektronlaşdırılıb

Deputat: "Daha çox sektorda maaş artımlarının olacağı gözlənilir"

AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib

AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Qrantların reyestrinin aparılması qaydaları təsdiqləndi

Şahin Bağırov şöbə rəisini işdən çıxardı - Xidmətə müavin təyin etdi

Film nümayişlərinə görə əhaliyə ƏDV-nin 50 faizi qaytarılacaq

“Google” yeni komanda qurur - “Süni intellekt modelləri inkişaf etdiriləcək”

Bəzi hərbçilər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək

Prezident bu şəxslərin maaşını artırdı (SƏRƏNCAM)

Azərbaycanda yeni rüsumlar müəyyənləşdi

Mərkəzi Bank bu şirkət barəsində cərimə protokolu yazıb

İdman Akademiyası deputata məxsus olduğu deyilən şirkətdən 250 minlik maşın və avadanlıq alır

"Nvidia"nın direktorunun CES 2025 çıxışından 3 əsas məqam

"Nvidia"nın direktorunun CES 2025 çıxışından 3 əsas məqam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin