Xəbər
12.12.2024 / 13:55
Naxçıvan MR FHN-i 1,9 milyonluq invertar alır
61298
Naxçıvan Muxtar Respublikasının (MR) Fövqəladə Hallar Nazirliyi (FHN) "Kombat Group" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət qurumun fövqəladə hallar zamanı ilkin həyat fəaliyyətinin təmin olunması üçün inventar-avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 903 930 manatdır.
Nazirlik bu məbləğə aşağıdakı malları almağı planlaşdırır:
Çadır (5 nəfərlik) - 500 dəst
Çarpayı (açılıb-bağlanan, döşəyilə) - 2000 ədəd
Masa (açılıb-bağlanan) - 400 ədəd
Oturacaq (stul açılıb-yığılan) - 1600 ədəd
Dolabça - 2000 ədəd
Yastıq - 2000 ədəd
Odeyal - 2000 ədəd
Mələfə çexol dəsti - 2000 dəst
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay