4 nəfər "Azəriqaz"ı məhkəməyə verdi
"Azəriqaz" İstehsalat Birliyi kütləvi şəkildə məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, "Azəriqaz" barəsində məhkəməyə Vəliyev Əsgər Qurban oğlu, Abbasov Novruz Qaryağdı oğlu, Ağayev Əlizadə Əzizağa oğlu və Kazımov Namiq Cəfər oğlu müraciət edib.
İddiaçılar məhkəmədə İB barəsində "Kommunal xərclərlə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" üzrə iddia qaldırıb.
Əsgər Vəliyevin iddiaçı kimi çıxış etdiyi işə hakim Rafiq Məmmədovun sədrliyi ilə Ağdam Rayon Məhkəməsində, Novruz Abbasovanın iddiasına hakim Kamil Rzayevin sədrliyi ilə Tərtər Rayon Məhkəməsində, Əlizadə Ağayevin iddiasına hakim Orxan Bayramovun sədrliyi ilə Hacıqabul Rayon Məhkəməsində, Namiq Kazımovun iddiasına hakim Zaur Abbasovun sədrliyi ilə Şirvan Kommersiya Məhkəməsində baxılacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay