Tenderlər
28.11.2024 / 20:41
Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır
60389
Səhiyyə Nazirliyi "Auto Azərbaycan" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, bağlanacaq müqavilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu üçün avtomobillərin satın alınması ilə bağlıdır.
İnstitut şirkətdən 6 ədəd avtomobil alacaq və bunun müqabilində 258 396 manat ödəyəcək.
Bu halda 1 ədəd avtomobilin qiyməti 43 066 manata düşür.
"NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti "Hyundai" avtomobil markasının rəsmi distribütorudur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay