BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
60394

Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödənməsi və eyni zamanda, ictimai maraqların nəzərə alınması üçün tənzimlənir.

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalı, hansı amillər nəzərə alınmalıdır? Oxu.Az mövzunu ekspertlərlə araşdırıb.

Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında bildirib ki, söküntü üzrə qaydaya əsasən, tikintini aparan şirkət sökülməli olan obyektin yerləşdiyi ərazi mərkəz olmaqla, onun sahibinə 500 metr radiusda analoji obyekt təklif etməlidir.

"Yəni tikintini aparan şirkət söküntü sahibini ya ən azı həmin səviyyədə olan bir obyektlə təmin etməli, ya da həmin obyektin bugünkü bazar dəyərində pul ödənişi etməlidir və üstəgəl, narahatlığa görə də əlavə ödəniş etməlidir. Əgər tərəflər arasında razılıq əldə olunursa, o zaman şirkət həmin tikilən binada və yaxud da qeyd etdiyim kimi, 500 metr radiusda mülkiyyətçiyə uyğun mənzil sahəsi təklif edə bilər", - deyə ekspert bildirib.

Hüquqşünas Xəyal Bəşirov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bu məsələlər qarşılıqlı razılaşma əsasında həll olunur və bazar qiyməti əsas götürülür:

"Bir ərazidə çox sayda insanın evləri sökülərsə, təbii ki, onlardan narazı qalanlar da olacaq. Bu narazılıqlar ən çox qiymətlərlə əlaqəlidir. Bəs bu qiymətlər nə ilə bağlıdır? Əslində, Bakıda tikinti işlərinin başladığı dövrdən bu günə qədər hər kvadratmetr üçün təxminən 1 500 - 2 000 manat civarında kompensasiya hesablanır. Təbii ki, uzun illər ərzindəki qiymət dəyişiklikləri, inflyasiya və digər iqtisadi proseslərin fonunda bu qiymət hazırda o qədər də ədalətli hesab edilə bilməz.

Nəzərə alaq ki, bu söküntülər yalnız dövlət qurumları tərəfindən həyata keçirilmir. Dövlət əhəmiyyətli strateji obyektlərin tikilməsi, yolların çəkilməsi, parkların salınması kimi layihələrlə paralel olaraq, həm də ayrı-ayrı şirkətlər tərəfindən tikinti işləri həyata keçirilir ki, onlar da eyni qiymətləri əsas götürməyə çalışırlar. Düzdür, bəzi ərazilərdə, məcburən də olsa, vətəndaşların narazılığı nəzərə alınır".

Hüquqşünas qeyd edib ki, qanunvericiliyinə əsasən, bu məsələlərin qarşılıqlı razılaşma əsasında həll olunması və bazar qiymətinin əsas götürülməsi yanaşması artıq uzun illərdir ki, ənənəvi şəkildə tətbiq edilir.

"Yəni baxmayaraq ki, 10-15 il əvvəl tikilən binaların bir kvadratmetrinin qiyməti ilə indiki dövrdə tikilən binaların qiyməti dəfələrlə fərqlənir, hazırda söküntü zamanı vətəndaşlara illər əvvəl tətbiq edilən kompensasiya qiymətləri təklif olunur. Təbii ki, burada vətəndaşların narazılığı mümkündür.

Dövlət əhəmiyyətli obyektlərin tikintisi, strateji layihələr və digər dövlət əhəmiyyətli tədbirləri kənara qoysaq, hansısa şirkətlər tərəfindən tikilən binaların kompensasiyası ilə bağlı vətəndaşlar razılaşmaya bilərlər. Bu halda məsələnin mübahisələndirilməsi və məhkəməyə verilməsi mümkündür. Məhkəmədə məsələnin həlli tapılmalıdır. Amma vətəndaşlar onu da nəzərə almalıdırlar ki, 1 kv.m üçün 1 500-2 000 manatlıq kompensasiya ilə razılaşmamaq onların hüququdur və onlar bu kompensasiya məbləğlərini mübahisələndirə bilərlər. Əgər vətəndaşlar təkliflə razılaşmırlarsa, məhkəmə müstəvisində məsələnin həlli təmin edilməli və vətəndaşların maraqları təmin olunmalıdır", - deyə hüquqşünas bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Daha 2 ölkə Şengen zonasına qoşuldu

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin