ABŞ və İsrail İrana cavab versə, neft neçə dollara qalxa bilər?
ABŞ və İsrailin İrana cavab hücumları olacağı təqdirdə dünya bazarı gündə 1 milyon barrelə qədər İran nefti itkisi ilə üzləşə bilər. Yaxın Şərqdə kəskin qarşıdurma baş verərsə, "Brent" markalı neftin qiyməti 150 dollar/bareldən yuxarı qalxa bilər.
"Qaynarinfo" xəbər verir ki, bubu "RİA Novosti"yə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov deyib.
Ekspert hadisələrin inkişafı üçün iki mümkün ssenarini nəzərdən keçirir. Daha yumşaq olanı yalnız İran neftinin itkisini nəzərdə tutur ki, bu da qiymətləri bir barel üçün 120 dollara çatdıra bilər. Daha çətin vəziyyətdə İran dünya neftinin təxminən 20%-nin keçdiyi Hörmüz boğazını bağlaya bilər ki, bu da bazara ciddi təzyiq göstərəcək və qiymətlərin daha da böyük sıçrayışına səbəb olacaq.
Bazar günü gecə İran kamikadze pilotsuz təyyarələrlə İsrail ərazisinə hücum edib. İsrail ərazisinə yüzlərlə zərbə vuran pilotsuz təyyarənin buraxıldığı bildirilir. Daha sonra İsrailə qarşı ballistik və qanadlı raketlərin buraxılması məlum olub. İsrail demək olar ki, bütün pilotsuz təyyarələri və raketləri vurduqlarını açıqlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay