BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
46004

Məlum olduğu kimi, 2023-cü ildə Ruisyada yumurtanın qiymətində kəskin bahalanma qeydə alınıb.

Rusiyanın rəsmi qurumları tərəfindən açıqlnan məlumatlara bildirilir ki, ötən Rusiyada yumurtanın qiyməti 62% artıb.

Yumurtanın kəskin bahalaşması Rusiya prezidentinin ötən ilin dekabr ayında keçirdiyi mətbuat konfransının da əsas mövzularından biri olub. Rusiya Prezidenti Vladimir Putin qiymət artımına görə xalqdan üzr istəyib və yaranmış vəziyyəti “hökumətin işində uğursuzluq” kimi qiymətləndirib.

Rusiya rəsmiləri ölkədəki “yumurta böhranı”nından xilas olmaq üçün müttəfiq ölkələrə də müraciət ediblər. Bu müraciətə əsasən, Azərbaycan ötən ilin dekabr ayından başlayaraq Rusiyaya yumurta ixrac edir. Ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd, bu ilin yanvar ayında isə 4 milyon 284 min ədəd yumurta ixrac olunduğu barədə məlumat verilib.

Apardığımız hesablama göstərir ki, ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 16,8 qəpik (9,9 sent), bu ilin yanvar ayında isə 16 qəpik (9,5 sent) olub.

Məlumat üçün bildirək ki, Rusiyada “yumura böhranı”nın yaşanmasına baxmayaraq ölkənin ən böyük yumurta istehsalçılarının gəlirləri kəskin şəkildə artıb.
Məşhur “Forbes” nəşrinin yaydığı məlumata görə, Rusiyanın 9 ən böyük yumurta istehsalçısının gəlirləri 2023-cü il ərzində 33%-dən 1200%-ə qədər artıb. Bu bazarın 1 nömrəli oyunçusu olan “Tavros qrup” mənfəətini doqquz dəfə artırıb.

Rusiyanın ən böyük 9 yumurta istehsalçısının gəlirləri 2023-cü ildə aşağıdakı kimi olub:

-  “Tavros qrup” (“Komsomolskaya Quşçuluq Fabriki”, “Başqırdskaya Quşçuluq Fabriki”, “Oredej Kənd Təsərrüfatı Kompleksi”, “Sovet Aqrofirması”) 2023-cü ildə mənfəətini 9,2 dəfə artıraraq 3 milyard rubla (32,4 milyon dollar) çatdırıb. Sahibi Rüstəm Mirqalimov olan “Tavros qrup” ötən il 1,76 milyard yumurta istehsal edib.

- “Okskoye” şirkəti 2023-cü ildə mənfəətini 2,1 dəfə artıraraq 2,41 milyard rubla (26 milyon dollar) çatdırıb. Oleq Lyakinin əsas səhmdar olduğu bu şirkət il ərzində 1,29 milyard yumurta istehsal edib.

- “Roskar Quşçuluq Farm” 2023-cü ildə mənfəətini 46% artıraraq 2,13 milyard rubla (23 milyon dollar) çatdırıb. Valeri Qoryaçova məxsus bu şirkət il ərzində 1,35 milyard yumurta istehsal edib.

- “Voljanin” şirkəti 2023-cü ildə mənfəətini 84% artıraraq 1,92 milyard rubla (20,7 milyon dollar) çatdırıb. Lyudmila Kostevaya məxsus bu şirkət il ərzində 1,47 milyard yumurta istehsal edib.

- Rusiyanın ən böyük banklarından olan “Sberbank”a məxsus olan “Sinyavinskaya Quşçuluq Fabriki”nin mənfəəti 2 dəfə artaraq 1,85 milyard rubla (20 milyon dollar) çatıb. Bu şirkət il ərzində 1,62 milyard yumurta istehsal edib.

- “Komos Group” (“Varaksino Quşçuluq Fabriki”, “Mendeleyevskaya Quşçuluq Fabriki” və “Derjavinskaya Quşçuluq Fabriki”) 2023-cü ildə mənfəətini 9,2 dəfə artıraraq 1,52 milyard rubla (16,4 milyon dollar) çatdırıb. Andrey Oskolkov və Andrey Şutovdura məxsus olan  bu şirkət il ərzində “Varaksino” və “Selo Zelenoe” ticarət nişanları altında 1,24 milyard yumurta istehsal edib.

- “GrowthPositiveImpulse” (“İnskaya quşçuluq ferması” və “Yaşkinskaya quşçuluq ferması”) 2023-cü ildə mənfəətini 13 dəfə artıraraq 1,24 milyard rubla (13,4 milyon dollar) çatdırıb. Denis Ştenqelova məxsus olan bu şirkət il ərzində 739 milyon yumurta istehsal edib. Qeyd edək ki, 2023-cü ilin dekabrında Federal Antiinhisar Xidmətinin Kemerovo Departamenti “Yaşkinskaya quşçuluq ferması” və “İnskaya quşçuluq ferması”na qarşı “yumurta qiymətlərinin artması səbəbindən inhisarşı mövqedən sui-istifadə əlamətləri” ilə bağlı iş açıb.

- “Çelyabinsk Quşçuluq Fabriki” 2023-cü ildə mənfəətini 69% artıraraq 930 milyon rubla (10 milyon dollar) çatdırıb. Pavel Kaduşin və İlya Korbaşova məxsus olan bu şirkət il ərzində 740 milyon yumurta istehsal edib.

- “Sverdlovsk Quşçuluq Fabriki” 2023-cü ildə mənfəətini 33% artıraraq 4510 milyon rubla (4,9 milyon dollar) çatdırıb. Səhmləri Sverdlovsk vilayətinin Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə məxsus olan  bu şirkət il ərzində 1 milyard yumurta istehsal edib.

© Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şəkərli diabet xəstələrinin dərman təminatı niyə kəsilib?

Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı - Məzənnə

Varren Buffett: "Sərvətimi övladlarıma yox, insanlığa buraxıram" - SƏHƏR OXUSU

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin