BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
43748

İspaniya klubu “Xetafe”də forma geyinən Meyson Qrinvudun imic hüquqları zədələndiyi üçün, onun müqavilə bağladığı şirkət iflas etdi.

Valyuta.az xəbər verir ki, 2019-cu ildə atası ilə birlikdə qurduğu və daha sonra ​​yeganə direktoru olduğu “Greenwood” firması, 600 000 funt-sterlinq itkidən sonra hesablarını könüllü şəkildə ləğv edib. Hansı ki, şirkətin dəyəri əvvəllər milyon funt-sterlinqdən (1,3 milyon dollar) bir qədər çox həddə çatmışdı.

Futbol maliyyəsi üzrə ekspert Kyeran Maquayr “The Times”a açıqlamasında bunun səbəbinin böyük ehtimalla ya şirkətin sonradan xeyli itkiyə məruz qalması, ya da yeganə işçisi/direktoru olan Qrinvuda maaş, yaxud divident ödəmək üçün hesabdan pulun götürülməsi olduğunu deyib. Maliyyə eksperti, “Şirkət ya 2023-cü ildə çox pul itirdi, ya da pul balansı 600.000 funt-sterlinq azaldığı üçün işçinin maaşından və ya dividendlərindən böyük məbləğ silindi. Sentyabrda şirkətin maliyyəsində ilin sonundan bəri oxşar azalma baş verib. Çox az qaldı və onun niyə könüllü ləğv olunduğunu izah etməlidirlər” - sözlərini söyləyib. 

Qrinvud 2022-ci ilin yanvarında həbs edildikdən sonra “Mançester Yunayted”lə müqaviləsi donduruldu. Futbolçu daha sonra şəxsə hücum, zorlama cəhdi və təcavüz davranışında ittiham olunub. Əsas şahidlərin geri çəkilməsi onu məhkumluqdan xilas etdikdən sonra Qrinvudun haqqındakı ittihamlar da aradan qaldırılıb. Həmçinin həbsi və ittihamlar nəticəsində Qrinvudun “Nike”la müqaviləsi də ləğv edilib və onun imic hüquqları ilə bağlı gəlirləri sona çatdı. Bu da yeni sponsorlarla müqavilə imzalama ehtimalını azaldıb.

Qrinvudun gələcəkdə karyerasını hansı səviyyədə keçirəcəyini yay transfer pəncərəsi müəyyən edəcək. Sırf futbol nöqteyi-nəzərindən Qrinvud hazırda icarədə olduğu “Xetafe”də yaxşı mövsüm keçirir. “Barselona” və “Atletiko” onu transfer etməyə çalışsa da, "Mançester Yunayted"in əsas səhmdarı Sir Cim Ratkliff qapını onun üzünə tam bağlamayıb və “Xetafe”yə icarəyə verib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

3 lizinq şirkəti bağlandığını elan etdi

Müavinət və Prezident təqaüdlərinə bu qədər vəsait ödənilib

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

MİQ müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir

Euroclear-da dondurulmuş Rusiya aktivləri 2024-ün I trimestrində 1,6 milyard avro gəlir gətirib

Azərbaycanda fantastik məbləğə nömrə satılır – 99 999 AZN

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

SOCAR bu il aparılan qazma işlərinin həcmini açıqlayıb

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edilib

Bu il Azərbaycanda sənaye zonalarında istehsal olunan məhsulun 35 %-i ixrac olunub

Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Prezident: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

Rumen Radev: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Sabaha olan hava proqnozu

May pensiyaları ödənildi

Dolların məzənnəsinin rusiyalıların gündəlik həyatına necə təsir etdiyi məlum oldu

Sosial mühit iş həyatına nə qədər təsir edir?

Məleykə Abbaszadə: İştirakçı sayı 10 mindən az olan imtahanlar elektron formatda keçiriləcək

Dörd ayda istehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

“Ölkədə taksi sayının tənzimlənməsi real görünmür” – Ekspert

Ölkədə fərdi sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir?

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

Orta aylıq əməkhaqqı ilə bahalı restoranları necə ziyarət edə bilərik?

Ayda neçə dəfə işdən icazə almaq olar?

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Bitcoin və Etherium yenidən ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin