BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
42154

Çempionlar Liqası bu həftə davam edəcək. Luis Enrikenin komandası ÇL-in 1/8 final mərhələsində “Real Sosyedad”la qarşılaşacaq. Son 11 il ərzində transferlərə 1,83 milyard avro xərcləməsinə baxmayaraq, PSJ yalnız bir dəfə Çempionlar Liqasının finalına yüksələ bilib. Daha narahatedici məqam odur ki, Liqa 1 nəhəngi son 11 mövsümün beşində müsabiqənin 1/8 final mərhələsindən kənara çıxa bilməyib. “Real Sosyedad” onları yarışın bu mərhələsində önümüzdəki həftələrdə məğlub edərsə, bu, klubun ulduz oyunçulara böyük pul xərcləməsi ilə bağlı transfer modelinin indiyədək Avropa yarışlarında uğur qazana bilməməsinin növbəti sübutu olacaq. Bununla belə, “Real Sosyedad”a məğlubiyyət hər iki klubdakı vəziyyəti nəzərə alsaq, daha çətin olardı. Çünki PSJ Çempionlar Liqasında uğur qazanmaq üçün pul xərcləməyi, ispaniyalı həmkarları isə bunun əksinə, öz akademiyasının yetirmələrinə güvənməyi üstün tutur. Hazırda ispan klubu öz akademiyasından yüksəlmiş 13 oyunçunun xidmətindən yararlana bilər. PSJ isə bu baxımdan ən pis rekorda sahibdir - Klub öz akademiyasından cəmi üç oyunçunu əsas heyətə daxil edib. 

Bununla belə, karyeralarına PSJ-də başlamış bir çox gənc futbolçular var ki, digər Avropa klublarında çıxış edir və qiymətlərini gündən-günə yüksəldir. Əslində, siyahı hazırlansa, PSJ-nin keçmiş gənc oyunlarından ibarət olan, qiyməti 477 milyon avro dəyərində bir “11-lik” meydana çıxa bilər. Liqa 1 nəhəngi üçün ən üzücü məqam odur ki, həmin 11 futbolçu ümumilikdə cəmi 62 milyon avro qarşılığında başqa klublara satılıb. Hələ hazırda “Leypsiq”də icarədə olan və gələn mövsüm PSJ-dən ayrılacağı gözlənilən Xavi Simons nəzərə alınmadan belədir. 

Təbii ki, klub Qətər hökuməti tərəfindən dəstəklənən “Qatar Sports Investments” investisiya fonduna məxsus olduğu üçün PSJ hər mövsüm dünyanın ən yaxşı oyunçularından bəzilərini transfer etməklə bu nəzarəti az-çox yüngülləşdirə bildi. Klub gənc oyunçulara daha çox şans yaratmaqla siyasətini dəyişdirsə, bu azarkeşlər üçün daha cəlbedici ola və nəzəri cəhətdən yaxşı işləyə bilər. Bununla belə, hazırda PSJ-nin gənclər komandalarını idarə etmə tərzindəki son dəyişikliklərin akademiyadan gələn yaxşı oyunçuların inciməsinə səbəb olduğuna dair artan narahatlıqlar var. 

Başqa sözlə, daha kiçik klublar futbolçular seçmək üçün PSJ-nin ehtiyat komandasından bir meyar kimi istifadə edə bilər. Komanda artıq mövcud olmadığından, PSJ-nin gənc ulduzları Fransa futbolunda istedadlarını nümayiş etdirmək qabiliyyətinə malik deyillər. Ehtiyat komanda ləğv edildikdən sonra bu günə qədər yalnız üç oyunçu - “Renn”in hücumçusu  Arnaud Kalimuendo (20 milyon avro), “Leypsiq”in müdafiəçisi  El Çaddil Bitşiabu (15 milyon avro), “Börnli”nin vingeri  Vilson Odobert (15 milyon avro) PSJ-ni tərk etdi və digər klublarda 10 milyon avrodan çox bazar dəyəri qazandı. Bu, bir vaxtlar məşhur olan gənclər akademiyasının hələ də PSJ-nin əsas komandası üçün oyunçular yetişdirməyə qadir olduğuna az da olsa işarə verir.

Valyuta.az PSJ-nin akademiyasında yetişən və satıldıqdan sonra hazırda Avropa klublarında qiymətini yüksəltməyə doğru müsbət qrafik göstərən və artıq ulduza çevrilmiş futbolçuların siyahısını təqdim edir:

Kristofer Nkunku (“Çelsi”) - 75 milyon avro
Kinqsli Koman (“Bavariya”) - 65 milyon avro
Moussa Diabi (“Aston Villa”) - 60 milyon avro
Mayk Maqnan (“Milan”) - 45 milyon avro
Adrien Rabio (“Yuventus”) - 40 milyon avro
Odsonn Eduard (“Kristal Palas”) - 20 milyon avro
Ferland Mendi (“Real”) - 20 milyon avro
Arnaud Kalimuendo (“Renn”) - 20 milyon avro
Matteo Gunduzi (“Latsio”) - 20 milyon avro
El Çaddil Bitşiabu (“Leypsiq”) - 15 milyon
Junior Dina Ebimbe (“Ayntraxt”) - 14 milyon avro
Bubakari Sumare (“Sevilya”) - 14 milyon avro
Timoti Vea (“Yuventus”) - 14 milyon avro
Conatan İkone (“Fiorentina”) - 13 milyon avro
Moussa Dembele (“Al-İttifaq”) - 12 milyon avro

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin