BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
42058

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanılmış cinayət işi üzrə həbs edilən 4 zabitin işi eyni icraatda araşdırılır. Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadədir.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılan işdə hazırkı mərhələdə şahidlər dindirilir. 

Hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllim işləyən mayor Səbuhi Məmmədov bu iş üzrə şahid qismində tanınıb. Məmmədov cinayət baş verən dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, bir müddət sonra isə fərqli vaxtlarda iki hərbi hissədə maliyyə-xidmət rəisi işləyib. Həmin dövrdə həm liseydə, həm hərbi hissələrdə ümumilikdə 4 milyon manat civarında maliyyə yeyintisi müəyyən edilib. Bu məbləğin 3 milyon 450 min manatı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aşkarlanıb. Şahid hakim qarşısında mənimsəmə mexanizmi haqda danışıb:

“57 müəmmalı şəxsin adına plastik kart açılıb, onlara pul köçürülüb. Ona görə müəmmalı şəxs deyirəm ki, həmin kartların real sahibləri mövcud deyildi, “ölü canlar” idi. Ağlımıza gələn 8 rəqəmi deyirdik, həmin rəqəmlər şəxsiyyət vəsiqəsi kimi qəbul edilirdi. Ona uyğun da plastik kart hazırlanırdı. Kartlar hazırlanandan sonra siyahını komandirin qarşısına qoyurduq. Komandir də bir-bir hamısını yoxlayası deyildi ki hansı realdır… Qol çəkirdi, vəssalam”.

Əvvəlki şahidlər də ifadələrində mövcud olmayan adamların adına plastik kartlar açıldığını demişdilər. Bu hal hər dəfə prokuror Fuad Musayevdə marağa səbəb olub:

“Gələn deyir ki, olmayan adamın adına pul köçürülüb. Nə deməkdir bu, belə şey olar?..”

Təqsirləndirilən Cəlal Kazımov prokurorun təəccübünə reaksiya verib. Kazımov şahidin dediklərini nağıl adlandırıb. 
Ətraflı

Maraqlıdır ki, şahid Məmmədov işlədiyi yerlərdə mənimsənilən pulların demək olar, 90 faizini təftişə verib, 10 faizi özünə qalıb. Məsələn, yoxlamaların birində 715 min manat mənimsəmə müəyyən edilib. Məmmədov həmin məbləğin 651 min manatını təftişçi Sadıq Sadıqova verib. Başqa bir yoxlamada 700 min manatın 630 minini təftişə verib:

“Digər şahidlərdə təftişə verilən pul 30 faiz olub. Sizə qarşı bu münasibətin səbəbi nə idi, demək olar, 90-ın 10-a işləmisiz. Nə var əlinizdən alırdılar, sizin marağınız nə idi ki, bu işə əl qoyurduz?”, - deyə prokuror Musayev ritorik sual verib.

Müttəhim general Məmmədovun vəkilinin təftişlə bağlı sualı zamanı məlum olub ki, təftişçi Sadıq Sadıqov şahiddən aldığı 600 min manatı özünə götürüb. Sadıqov bu haqda şöbəyə məlumat verməsə də, bir müddət sonra üstü açılıb. İstintaq vaxtı bu epizod üzrə şahidlə Sadıqov arasında üzləşmə olub.

S.Məmmədovun cinayət baş verən dövrdə işlədiyi yerlərdə mənimsənilən vəsaitdən ümumilikdə 399 min manat özünə qalıb. Həmin məbləğin isə hələ ki 20 min manatını dövlətə geri ödəyib. 

Hakim qarşısına çıxarılan digər şahid isə Mirseyid Eyvazovdur. Eyvazov əvvəl təftişçi, sonralar isə Hərbi Polis İdarəsinin maliyyə-xidmət şöbəsində işləyib. Şahidin dediyinə görə, hərbi hissələrin birində təftiş keçirən vaxt oranın maliyyə-xidmət rəisindən 20 min manat pul alıb. Həmin pulun 10 minini rəisi - Müdafiə Nazirliyinin Nəzarət və təftiş şöbəsinin müdiri Rafael Xələfova verib. 10 min manat isə özünə qalıb.

Şahid hərbi polisdə maliyyə-xidmət rəisi işlədiyi müddətdə keçirilən yoxlama zamanı da külli miqdarda mənimsəmə qeydə alınıb. İstintaqla müəyyən edilib ki, Eyvazov işlədiyi dövrdə özünə 700 min manat pul qalıb. Həmin məbləğin 400 min manatını dövlətə geri ödəyib.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2 il əvvəl həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin