Xəbər
02.11.2023 / 17:17
Naxçıvanda daha bir təyinat
35811
Naxçıvan Televiziyasına yeni sədr müavini təyinatı olub.
Valyuta.az xəbər verir ki, noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov İlhamə Tofiq qızı Novruzovanın "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, ölkənin bir sıra aparıcı media qurumlarında işləyən İlhamə Novruzova bu təyinatdan əvvəl "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər departamentinin direktoru vəzifəsində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay