Çimərlikdə avtoşluq etdi, insanların həyatını təhlükəyə atdı, polis hərəkətə keçdi (VİDEO)
Sosial şəbəkələrdə çimərliklərin birində gənc oğlanın “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinin görüntüləri yayılıb.
Qaynarinfo xəbər verir ki, sürücü avtomobili nəqliyyat vasitələri üçün nəzərdə tutulmamış qumluq ərazidə sürərək təhlükəli manevrlər edib. Çimərlikdə istirahət edən şəxslərin həyatına təhlükə yaradan avtomobilin sürücüsünün əməlləri geniş müzakirələrə səbəb olub.
Xəzər rayonu ərazisində yerləşən çimərliklərin birində “Vaz 2107” avromobili ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli ya bildirib ki, həmin şəxsin Lənkəran şəhər sakini 21 yaşlı Heydərzadə Rəşad Rövşən oğlu olduğu müəyyən edilib.
R. Heydərzadə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay