Xəbər
05.05.2023 / 10:47
Siyəzəndə torpaq sürüşməsi: 2 ev qəzalı vəziyyətə düşdü (FOTO/VİDEO)
28345
Fövqəladə Hallar Nazirliyinə Siyəzən rayonunun Sədan kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Valyuta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay