15.03.2023 / 09:29
Adil Kərimlidən növbəti təyinat (FOTO)
27130
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. Bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli əmr imzalayıb.
Bizim.Media xəbər verir ki, mədəniyyət nazirinin əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Aqaəli Cəlilov təyin edilib.
Yeni rəis əmək fəaliyyətinə 1984-cü ildən Turan qəsəbə Mədəniyyət Evində metodist kimi başlayıb. 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.
61 yaşlı Aqaəli Cəlilov Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay