27.11.2022 / 09:57
İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı
25464
Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.
İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.
Bu zaman onun başı hovuzun kənarına çırpılıb.
O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.
Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay