23.11.2022 / 16:04
DTX Naxçıvanda əməliyyat keçirir, saxlanılanlar var
25401
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirir.
APA xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb. Saxlanılan şəxslərin olduğu qeyd olunur. Bildirilir ki, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay