BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
24468

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov çoxsaylı təltiflərdən məhrum ediliblər.

APA-nın əldə etdiyi xəbərə görə, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə elan olunmuş hökmdə göstərilib.

Hökmdə qeyd olunub ki, Mövlam Şixəliyevin “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordendən, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib.

Həmçinin Mövlam Şixəliyev aşağıda göstərilən orden və medallardan məhrum edilib:

Milli təhlükəsizlik təhlükəsizlik nazirinin 25 mart 2005-ci il tarixli, 0179 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli;

“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından;

Milli təhlükəsizlik nazirinin 24 iyun 2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)” yubiley medalından;

Milli təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley Medalından;

Milli təhlükəsizlik nazirinin 30 iyun 2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından;

Milli təhlükəsizlik nazirinin 26 mart 2012-ci il tarixli, 060 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından;

Milli təhlükəsizlik nazirinin 07 oktyabr 2013-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından;

Milli təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından;

Milli təhlükəsizlik nazirinin 04 iyul 2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley xatirə medalından;

Milli təhlükəsizlik nazirinin 26 mart 2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından.

Hökmə əsasən, Mövlam Şixəliyevlə birgə ittiham olunan MTN-in İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədovun və İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun “Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib.

Məhkəmə onları digər orden və medallardan məhrum edib.

Onların polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilməsi barədə qərar çıxarılıb.

MTN-in İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun polkovnik-leytenant hərbi rütbəsindən və dövlət təltiflərindən məhrum edilməsinə dair hissədə Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı nəzərə alınıb.

Qeyd edək ki, general-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“E-Şikayət” sistemində karqo üzrə şikayətlərə baxılacaq

Havanı çirkləndirən şadlıq saraylarının siyahısı

Külək güclənəcək, çaylardan sel keçəcək

50 min manata 50 min faiz – Azərbaycanda bank soyğunçuluğu

Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb

“Tesla” səhmləri 13% bahalaşıb

Sabah 31 dərəcə isti olacaq

Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - Siyahı

Azərbaycanda dörd ayda valyuta hərraclarında 2.4 mlrd. dollar satılıb

Ölkəmizdəki iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb

Nazirliyin vəzifəli şəxslərinin mayda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki

Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib - Foto

“Turbo.az”, “tap.az” və “bina.az”ın sahibi bir gündə 174 milyon dollar zərər etdi

Bu evlərə “kupça” veriləcək

Bu evlərə “kupça” veriləcək

1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edilib - Fotolar

Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA

Kiçik biznesinizi böyütmək üçün 8 üsul

Səhiyyə Nazirliyində yeni təyinat

Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

Beynəlxalq valyuta birjalarında durum necədir?

Sahibkarlığın İnkişafı Fondunun mənfəəti 19% azalıb

AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb

Ötən ay 3,6 min nəfərdən çox şəxsə pensiya təyinatı aparılıb

Fərid Osmanov: AMB “Sandbox” xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayır

Naxçıvanda ÜDM istehsalı 3% artıb

Azərbaycanlı iş adamı yeni şirkətlər yaradır

Naxçıvanda yeni idarə rəhbəri təyin edildi

Naxçıvanda yeni idarə rəhbəri təyin edildi

“Bank Avrasiya” digər banklardakı depozitləri 4 milyon manata yaxın azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin