17.09.2021 / 18:25
Bu il Azərbaycanda 7-7,5% səviyyəsində inflyasiya gözlənilir
18334
Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib.
Bu barədə Valyuta.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, proqnozlara görə cari ildə orta illik inflyasiya 5,4-5,8%, illik inflyasiya isə 7-7,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə inflyasiya cəmi 2,8% təşkil edib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay