BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
17582

"Hələ pandemiyanın dünyada başladığı ilk aylardan bəlli idi ki, uşaqlar SARS-CoV-2 virusunun yayılmasında çox böyük rol oynayırlar. Belə ki, onların əksəriyyəti xəstəliyi yüngül və ya bəzən simptomsuz formada keçirsələr də virusu böyüklər qədər yaya bilirlər, bu da öz növbəsində viruslu uşağın xəstəliyə yoluxduğunu bilmədən normal gündəlik həyatına davam etməsi halında çoxlu sayda insanın yoluxması deməkdir. Məhz bu səbəbdən də bütün dünyada məktəblərdə tədris sisteminin müvəqqəti və ya illik olaraq distant təhsilə keçməsi vacib idi. Hətta son elmi tədqiqatlar distant təhsilin virusun sürətli yayılmasının 30-50 faizə qədər yayılmasının qarşısını aldığını söyləyir".

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Alim bildirib ki, hazırda dünyada, eləcə də Azərbaycanda uşaqlarla, xüsusən də məktəblilərlə olan vəziyyət elmi əsaslı yeni strategiyalar tələb edir:

"Belə ki, məktəblilərin böyük qisminin hələ peyvənd olunmaması və bu günlərdə yüksək yoluxma əmsalı göstərən koronavirusun “delta” variantının sürətlə yayılması uşaqların virusa yoluxabilmə ehtimalını dəfələrlə çoxaldır ki, bu da bütün ölkələrdə ümumi vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirir. Uşaqlarda Long-COVID təhlükəsi nəzərə alınaraq onların maksimum şəkildə qorunması və zamanında virusa yoluxmalarının aşkar edilməsi çox vacibdir, əks halda, ölkənin səhiyyə sistemində yaranacaq yüklənmədən dolayı uşaqlara da lazımi tibbi xidmətin göstərilə bilməməsi qaçılmaz ola bilər.

Son günlər xüsusilə Almaniyadan olan elmi tədqiqatlar məktəblilər arasında virusa yoluxmanın zamanında aşkarlanmasının mümkünlüyünü sübut edib. Bu üsulla isə həm tədrisin məktəblərdə davamlı keçirilməsinin elmi əsaslarla mümkünlüyü praktiki olaraq göstərilir, həm də virusun yayılmasının qarşısı alınır”.

Onun sözlərinə görə, bu elmi tədqiqatlarda strategiyanın əsasında uşaqlar üçün istifadəsi çox rahat olan sorma testlər durur: 

“Belə ki, bu testlərin sensitivliyinin qısa müddətdə cavabı hazır olan sürətli antigen testlərdən də yüksək olması elmi tədqiqatlarla sübut edilir. Bu da bir daha məktəblilərin yeni sorma testlərlə SARS-CoV-2 virusuna yoluxmalarının yoxlanılmasının vacibliyini göstərir.

Bundan əlavə, bu testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə birbaşa şərait yaradır. Əks halda, “delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə tədrisin təşkilində ciddi problemlər yarada bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqı ilə bağlı layihə təsdiqlənib

Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi

100 min manatlıq şirkət təşkilati-hüquqi formasını dəyişir

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Hansı işçiləri işdən çıxarmaq qadağandır?

Amerikada işləmək istəyənlər üçün ən yüksək maaşlı 10 peşə

Şirkətlərdə daha çox hansı işçilər ixtisara düşür?

Birotaqlı mənzillərin qiyməti niyə bahalaşır?

ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

"Bitcoin"in cari vəziyyəti və ehtimallar

Ədalətli rəhbər necə olur?

Bakının bu məktəbində şagirdlər yay tətilinə tez buraxılacaq

Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - Rəsmi açıqlama

Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücülər narazıdır (VİDEO)

Deputatlar 18 məsələyə görə toplaşırlar

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol (VİDEO)

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

Şahdağa qar yağıb - Faktiki hava

1-2 otaqlı mənzillərin qiyməti bahalaşdı: “Bu tip əmlakı olanlar qeydiyyata düşə bilmirlər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin