BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
16341

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən 2021-ci ilin I yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Maliyyə Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, 1 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 693,5 min manat məbləğində artıq və əsassız ödənişlərin 173,2 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib. Bir halda 2021-ci və 2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin 322,5 min manat məbləğində hissəsi azaldılaraq xərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə Xidmətin əməkdaşları tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24 milyon 625,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 milyon 303,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib. 

Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi və artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi məqsədilə aparılmış nəzarət tədbirlərinin nəticələrinə dair tərtib edilmiş sənədlər aidiyyəti üzrə göndərilib.

Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 6 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 43,9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 76 nəfər vəzifəli şəxsə 54,4 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin I yarısında aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 25 363,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 477,4 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu gün bu ərazilərdə qaz olmayacaq

Onlar 40 il əvvəl Azərbaycanda təhsil alıblar (FOTO)

Bazarlarda soğanın qiyməti ucuzlaşdı– Fermerlər narazıdır + Video

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Günəşdə 10 güclü alışma baş verib

Kakaonun qiymətindəki kəskin ucuzlaşmanın səbəbi nədir?

ABŞ-dan “Huawei” şirkətinə böyük zərbə

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin