Azərbaycan cəlb etdiyi kreditlərin əsas hissəsini bağlayıb - HESABAT
Bu ilin yanvarın 1-nə Azərbaycanın kredit sazişləri ilə cəlb olunması nəzərdə tutulan vəsaitinin həcmi 12,478 mlrd. ABŞ dolları təşkil edib. Sözügedən tarixə kreditlərin 11,833 mlrd. dolları artıq istifadə olunub.
Valyuta.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.
Qeyd edilir ki, kreditlər üzrə borcun artıq 29,9%-i (3,732 mlrd. dollar) qaytarılıb. Təkcə 2020-ci ildə ölkə tərəfindən kredit sazişləri üzrə 642,3 mln. dollarlıq borc ödənişi həyata keçirilib.
Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 8,822 mlrd. ABŞ dolları və ya ÜDM-in 20,7%-ni təşkil edib. Ümumi dövlət borcu isə (xarici dövlət borcu və daxili dövlət borcu) 16 938,8 mln. manat və ya ÜDM-in 23,4%-ni təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay