BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
12743

2020-ci ildə əhalinin gəlirləri ilə yanaşı, əmanətlərində də azalma qeydə alınıb, yığıma meyillilik əmsalı azalıb.

Valyuta.az-ın verdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

2020-ci ildə əhalinin əmanətləri üzrə 5,3 faiz azalma müşahidə edilib. Uzunmüddətli karantin rejimi ev təsərrüfatları tərəfindən maliyyələşdirilən istehlak xərclərinin azalması ilə nəticələnsə də, bu azalma yığımın yüksəlməsi ilə nəticələnə bilməyib. Əksinə, əmanətlərin əhali gəlirlərinə nisbətini ifadə edən yığıma meyillilik əmsalı azalıb. İstehlak xərclərinin azalması müqabilində gəlirlərin yığıma yönəldilən hissəsinin üstün mövqe qazanmaması əhali gəlirlərinin real ifadədə azalması ilə izah oluna bilər.

Son illər ərzində sərəncamda qalan gəlirlərin strukturunda dəyişikliklər izlənməkdədir. Belə ki, əvvəlki illərdə son istehlak xərcləri və qənaət, təxminən, eyni xüsusi çəkilərə sahib idisə, son illərdə pay üstünlüyü istehlak xərclərinin xeyrinə dəyişməyə davam etməklə, qənaəti 2 dəfəyə yaxın üstələməkdədir.

Məsələn, 2018-ci ildə son istehlak xərcləri 51 milyard 745,1 milyon manat olduğu halda, qənaət 26 milyard 381,3 milyon manata bərabər olub. Sözügedən tendensiya devalvasiya dalğalarından etibarən müşahidə olunduğu üçün məzənnə təsiri səbəbindən qiymət artımı ilə əlaqədar istehlak xərclərinin yüksəlməsi və bu artımın qarşılanması məqsədilə qənaətin istifadə edilməsi ilə əlaqəli ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almanlar iqtisadiyyatın kritik vəziyyətindən narahatdır

Spiegel: Lufthansa Frankfurtdan Pekinə uçuşları dayandırır

Ukrayna 3 ölkəyə yeni sanksiyalar tətbiq etdi

"Legend Group" inzibati məsuliyyətə cəlb edildi

Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir

Çin avqustda Rusiyadan nə qədər neft və qaz alıb? - MƏBLƏĞ

"Xaliq Faiqoğlu" ilə "Az Filter" arasında nə baş verib?

Almaniyada qaçqınların sayı rekord həddə çatıb - Müharibədən sonra ilk...

"Volkswagen" 30 min işçinin ixtisarını müzakirə edir

"Sumqayıt Tibb Mərkəzi" məhkəmə qarşısında

Mərkəzi Bank bu şirkətə protokol yazdı

ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV

Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"

Valyuta tənzimi qaydalarının pozan şirkət cərimələndi

Avropa Ukrayna ərazisindən qaz tranzitini saxlamaq variantlarını axtarır

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi bir il sonra ilk dəfə artdı

"Aqrar Tədarük və Təchizat" ASC 33 minlik katric alır

Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH

"Azer Tech" barəsində protokol tərtib edildi

Paytaxtın bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Prezident Qarabağ Universitetinin və yataqxanasının açılışında (YENİLƏNİB)

Qızılın qiyməti tarixi rekordunu yenilədi

Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

"Koç" Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Neft sənayesi işçiləri təltif edildi (SƏRƏNCAM)

Dünyanın ən ucuz şəhəri Abuca, ən bahalısı Honq Konqdur - Siyahıda Bakıda var

Kapital Bank-dan neftçilərə qızıl kimi təklif®

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin