Qeyri-rezidentin daimi nümayəndəliyinin ödəmə mənbəyində tutulan vergi azaldılıb
Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə dəyişiklik edilib, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb.
Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlum olduğu kimi, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub. Bu qərar ölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsi prosesinin sürətləndirilməsi, kapital bazarlarında səhmlərə investisiya cəlbinin təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşdırılması məqsədi daşıyıb. Bu ildən qüvvəyə minən dəyişikliklərə görə isə, rezident vergi ödəyiciləri ilə bərabər iqtisadi şəraitin yaradılması məqsədilə, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay