BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
42554

Hər hansı bir səbəb olmadan vergi orqanı vergi ödəyicisinin obyektinə, fəaliyyət göstərdiyi əraziyə gedib, yoxlama həyata keçirə bilərmi?

Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:

“Qeyd edək ki, Vergi Məcəlləsində yerlərə getməklə həyata keçirilən yoxlamanın iki növü təsbit edilib: səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbiri. Operativ vergi nəzarəti tədbiri ilə bağlı qeyd edim ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində bu tədbirin həyata keçirilməsinin əsasları var. Yəni, vergi orqanı hər hansı səbəb olmadan operativ vergi nəzarəti tədbiri həyata keçirə bilməz. Başqa sözlə desək, operativ vergi nəzarəti həyata keçirilməsi ilə bağlı qərarda 50.2-ci maddədə göstərilən əsaslar mütləq qaydada öz əksini tapmalıdır. 

İkinci yoxlama növü olan səyyar vergi yoxlaması da iki yerə bölünür: Növbəti və növbədənkanar vergi yoxlaması. Növbəti səyyar vergi yoxlamasında vergi orqanı hər hansı səbəb olmadan yoxlama həyata keçirə bilər. Növbədənkanar səyyar vergi yoxlaması həyata keçirmək üçün vergi orqanı mütləq Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulan əsaslardan birinə malik olmalıdır. 

Ümumi şəkildə desək, vergi orqanı növbədənkənar səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbiri zamanı mütləq Vergi Məcəlləsinin 50.2-ci və 38.3-cü maddəsində göstərilən əsaslardan birinə sahib olmalıdır. Növbəti səyyar vergi yoxlamasındə isə hər hansı bir səbəb olmadan vergi orqanı yoxlama tədbirləri həyata keçirə bilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Ötən ay 62 nəfərin diplomu tanınmayıb

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb

Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə köç ilin sonuna qədər başlayacaq

Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin