Vergi
01.02.2024 / 12:28
"Mikro sahibkarlar üçün gəlir vergisinin artırılması cəmiyyətdə narazılıq yaradıb"
41522
Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 5 %-lik gəlir vergisinin 20 %-ə qaldırılması cəmiyyətdə narazılıq yaradıb.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.
"Təklif edirəm ki, monitorinq aparılsın və həmin dəyişikliyə yenidən baxılsın, mikro sahibkarlara 75 %-lik güzəştin verilməsi bərpa edilsin. Çünki məhz mikro və kiçik sahibkarlığın dairəsinin genişləndirilməsi, Azərbaycanda onun özünə layiq səviyyədə yer tutması ümumi iqtisadi keyfiyyətin artırılmasında mühüm rol oynayacaq", -deyə deputat əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay