Vergi
20.09.2023 / 14:59
Daha bir sahibkarın ölkədən çıxışına “stop” qoyuldu - 350 min vergi borcu var
33076
“Kainat-İnşaat” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova bununla bağlı qətnamə qəbul edib.
İş materiallarından məlum olur ki, “Kainat-İnşaat” MMC 333 096,33 manat vergi borcu var.
Şirkət borcu ödəmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib.
Hakim İdarənin ərizəsini təmin edib.
“Kainat-İnşaat” MMC 6 noyabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Vaqifli Rəşad Vaqif oğludur.
Şirkətin bu günə olan vergi borcu isə 353 035,13 manatdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay