Yarım milyondan çox vergi borcu olan sahibkara “stop” qoyuldu
"Liman 2022 Company” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova qətnamə çıxarıb.
İş materiallarında məlum olur ki, “Liman 2022 Company” MMC-nin 510 221,9 AZN vergi borcu olub.
Şirkət borcu ödəmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
“Liman 2022 Company” MMC 27 may 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əliyev Seymur Abduləli oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Şirkətin bu günə oaln vergi borcu isə 638 789,59 AZN-dir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay