BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
9165

Ötən dövrdə Azərbaycanla Rumıniya arasında əməkdaşlığın inkişafına xidmət edən 60-dan çox sənəd imzalanıb və iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələr ildən-ilə genişlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Valyuta.az-a bildirilib ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə görüşündə bildirib.

Beynəlxalq əlaqələrin, habelə Avropa İttifaqı ölkələri, o cümlədən Rumıniya ilə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini vurğulayan S.Babayev bildirib ki, Azərbaycan və Ruminiya dövlət başçılarının qarşılıqlı səfərləri, imzaladıqları əməkdaşlıq sənədləri iki ölkə arasında əlaqələrin inkişafına şərait yaradıb. Bu gün Avropanın vacib və etibarlı tərəfdaşı olan və ötən dövrdə enerji ixrac marşrutlarını şaxələndirən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə də öz töhfələrini verməkdədir.

Nazir ölkəmizdə nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə Rumıniya şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini qeyd edib.

D.İanku Rumıniyanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də bu məqsəd üçün səylərini daim artırdığını diqqətə çatdırıb. Bu gün iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin iki ölkə arasında əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib. Bu əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafına, həmçinin Müştərək Komissiyanın növbəti iclasının keçirilməsi məsələlərinə  dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ötən il qeyri-neft-qaz sektorunda 11.5 mlrd. dollar kəsir qeydə alınıb

Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır? - AÇIQLAMA

Tarixi rekord: İlk dəfə 3 milyard avroluq hədd aşıldı

Liderlikdə səsin gücü - 5 vacib faktor - SƏHƏR OXUSU

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin